2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Divara “Z” hərfi yazan kimdir? – Faşist simvolu Bakıda

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun qala divarına Rusiyanın Ukraynadakı əməliyyatının rəmzi olan “Z” hərfi yazılması barədə məlumat yayılıb.

Məsələyə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə münasibət bildirib.

“Dünən kütləvi informasiya vasitələrində İçərişəhərin Qala divarları üzərində vandalizm aktı törədildiyi barədə məlumatlar yayılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“İçərişəhər” DTMQ İdarəsinin Mətbuat xidməti ictimaiyyətin nəzərinə çatdırır ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir.

Belə ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qeyd olunan yazı Qala divarlarının üzərində deyil, 1-ci Qəsr döngəsi 84 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində yazılıb və bununla da İçərişəhərin heç bir abidəsinə zərər yetirilməyib”, – o qeyd edib.

Ş.Seyidzadənin sözlərinə görə, hadisəni törədən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb:

“Saxlanılan şəxs barəsində aidiyyəti üzrə tədbirlər görülüb”.

Qeyd edək ki, minval.az onun paytaxt sakini Aleksandr Saprıkin (1955-ci il təvəllüdlü) olduğunu yazıb.

24 saat” “Divara “Z” hərfi yazan kimdir? – Faşist simvolu Bakıda” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button