2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Dmanisi olayı: millətçiliyin əks-sədası

***

Sual:  Elman bəy, Gürcüstanın Dmanisi rayonunda svanlarla azərbaycanlılar arasında baş verən qarşıdurma sizcə, sadəcə etnik bir hadisədir, yoxsa bunun siyasi səbəbləri var?

Cavab: Svanların Gürcüstan azərbaycanlılarına hucumunu bir mənalı olaraq etnik və ya siyasi hadisə kimi qiymətləndirilməsi qərəzli yanaşma olardı. Məsələnin etno-siyasi çalar daşıdığını iddia edə bilmək üçün biz gərək Svanların etnik müstəvidəki fəaliyyətinə dair faktları və bu fəaliyyətdən siyasi məqsədlər üçün istifadə edilməsini təsdiq edən arqumentlər təqdim etməliyik. Halbuki Gürcüstanın siyasi tarixsində Svanların etnik mənsubiyyət duyğularının yüksək olmasına dair faktlara rast gəlmirik. SSRİ-i dövrünə qısa göz atmış olsaq, 30-cu illərin ortasına qədər çox etnoslu siyasət yeridilirdisə, 30-cu illərin ortalarından etibarən super etno siyasətinə keçid edildi. Bu çərçivədə Azərbaycanda yaşayan etnosların əksəriyyəti azərbaycanlı, Gürcüstanda yaşayan etnoslar  gürcü adlandırıldı. Statistik məlumatlara baxsaq, 1926-cı il siyahıya alınmasında Gürcülər əhalinin 50% dən bir az çoxunu təşkil edirdisə, sonrakı dövrlərdə 80%-ə qalxdı. Bu, xüsusilə də gürcü subetnosu olan svanların tam olaraq gürcüləşdirilməsi hesabına baş vermişdi. Yəni, gürcüləşdirilmiş svanlar etnik dava aparmış olsalar, hədəf azərbaycanlılar yox, super etno olan gürcülər olmaldır. Mənim qənaətimə görə svanların Gürcüstan azərbaycanlılarına hucumunda əsas faktor etnik mübahisə yox, quldurluq, soyğunçuluq aktıdır. Hansı ki, o bölgədə yaşayan həmyerlilərimiz də əksər svanların kriminal həyat tərzinə meylli olmasını təsdiq edirlər. O ki qaldı hadisənin siyasi tərəfinə, bu haqda gümanlar söyləmək olar, ancaq təhlil etsək bu versiyanın güclü arqumentlərə sahib olduğunu görməyəcəyik.

Saytların yığılması Saytlarin yigilmasi

Saul: Bəzi ekspertlər bu hadisəni, eləcə də bundan bir qədər əvvəl baş vermis Keşikçidağ məbəd kompleksinin ətrafında baş verən hadisələri Rusiya propaqandasının və təxribatının nəticəsi kimi qələmə verirlər. Bəzi ekspertlər isə bu son hadisəni Azərbaycan-Ermənistan arasındakı 44 günlük müharibədən sonrakı proseslərlə əlaqələndirirlər. Belə ki, onların fikrincə Zəngəzur koridorunun açılması region üçün bu vaxta qədər tranzit ölkə funksiyasını oynayan Gürcüstanı narahat etməyə başlayıb. Sizcə, hansı versiya daha ağlabatandır?

Cavab: Əslində hadisənin siyasi çalar daşımasına dair versiyalar da məhz Rusiya faktoruna görə maraq kəsb edir. Rusiya postsovet coğrafiyasında həm elektoral, həm də bürokratik resursa sahibdir. Dəfələrlə də təsdiq olunub ki, Rusiya postsovet coğrafiyasında bürokratik resursu ilə hərbi-siyasi çevrilişlər edib, elektoral resursu ilə etnik qarşıdurmaları alovlandırıb. Məsələn, bir neçə gün əvvəl Tacikistanla Qırğızıstan arasında baş verən sərhəd münaqişəsini Rusiyanın tətiklədiyinə dair ağlabatan arqumentlər tapmaq mümkündür. Moskva bu regionda Çinlə olan yumşaq güc yarışını uduzduğunun fərqindədir. Cavab reaksiyası yuxarıda qeyd etdiyimiz iki resursun iştirakı ilə provokativ müdaxilə oldu.

Bu baxımdan gürcülərin rus kilsəsi ilə yaxınlığını da nəzərə alsaq Rusiyanın Gürcüstanda da elektoral resursunun belə hadisələr törətmək üçün yetərli olduğunu, İvanaşvili hakimiyyəti dövründə xeyli gücləndirdiyi bürokratik resursu vasitəsilə hətta Gürcüstan-Azərbaycan münasibətlərini xeyli gərginləşdirmək gücündə olduğunu söyləyə bilərik. Ancaq yeni yaranan geosiyasi vəziyyət, 44 günlük müharibənin sonlandırılması və müharibə sonrası Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Rusiyanın aktiv iştirakını nəzərə alsaq, baş verən hadisədə Moskvanın barmağının olması ən zəif ehtimal kimi görünür. Daha açıq ifadə etsək, Ermənistan-Azərbaycan arasındakı kommunikasiyaların açılması Moskvanın iradəsinin təzahürüdürsə, bu halda Gürcüstan üzərindən bu prosesin etnik kartla sabotaj olunmasında Kremilin hansı maraq güddüyü sualı cavabsız qalacaq.

Qafqazda yeni tranzit xəttin açılmasının Gürcüstanın maraqlarına xələl gətirməsi, bu səbəbdən də gürcü rəsmilərinin bu prosesə qarşı açıq-qapalı reraksiyalarının olması ağlabatan görünə bilər. Ancaq məsələni dərindən təhlil etsək; birincisi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivi o qədər də ümidverici deyil. İkincisi, yeni yaradılacaq tranzitkommunikasiya dəhlizi tam formada Moskvanın nəzarətində olacaq ki, bu, rəsmi Bakının Gürcüstan yolunun alternativi kimi çıxış edə bilməz. Xatırlatmaqda fayda var ki, Gürcüstan üzərindən əldə etdiyimiz tranzit xətt məhz vaxtilə Rusiyadan yan keçməklə , üstəlik açıq dənizlərə çıxış üçün qazandığımız əsl alternativdir. Bu baxımdan Zəngəzurdan keçəcək dəhliz əslində, “yeni Rusiya yolu” olacaq ki, iqtisadi baxımdan sərfəli kimi görünsə də, strateji baxımdan alternativ ola bilməz. Əlbəttə ki, bu reallıqları gürcü rəsmiləri də təhlil edə bilirlər. Və ehtimal olunan yeni nəqliyyat dəhlizinin Gürcüstanın tranzit imkanlarını ciddi formada təhdid etməyəcəyini anlayırlar. Üstəlik, Gürcüstan-Azərbaycan münasibətlərinin korlanması Türkiyənin Gürcüstana qarşı siyasi-iqtisadı təzyiqinə səbəb olar ki, bu, Gürcüstanın milli təhlükəsizliyi, strateji maraqları baxımından sarsıdıcı zərbə olar. Hansı ki,Türkiyə ilə yaxşı münasibətlər Gürcüstanı həm Rusiyanın vassalına çevrilməkdən qoruyur, həm də Qərblə inteqrasiya imkanlarını genişləndirir. Bu baxımdan Gürcüstan-Azərbaycan münasibətlərinin yaxşı səviyyədə qalması həm də Qərbin həssas yanaşdığı məsələdir. Qısası, gürcülərin milliyətçilik davranışlarının ara-sıra fəsadlar törətməsinə baxmayaraq, gürcü rəsmilərinin Azərbaycanla münasibətləri pisləşdirəcək hadisələrə nəinki rəvac verməsini, hətta laqeyd yanaşmasını ağlabatan saymıram. İnamım budur ki, svanların törətdiyi hadisələrə də rəsmi Tblisinin reaksiyası adekvat olacaq—hadisənin etnik-siyasi müstəviyə keçməsinə imkan verilməyəcək.

Sual: Vaxtı ilə “Gürcüstan gürcülər üçün” şüarı hakim idi. Indi isə “Gürcü arzusu”nun bir çox addımları həmin şüarın müəlliflərini xatırladır.  Gürcüstanda yaşayan azərbaycanlılara və digər etniklərə qarşı olan basqılara hökumətin, eləcə də hüquq mühafizə orqanlarının bu vaxta qədər susqunluq göstərməsi nə ilə əlaqədardır?

Cavab: Gürcü milliyətçiyinin fəsadlarıdır. Gürcü cəmiyyəti milli-dini mənsubiyyət duyğuları fəsad törədəcək qədər yüksək olan toplumdur. Ancaq geosiyasi reallıqlar gürcü rəsmilərini bu qeyri-adekvat baxışları müəyyən qədər cilovlamağa vadar edir. Rəsmi Tbilisi istər Şevardnadze, istər Saakaşvili, istərsə də İvanaşvili hakimiyyəti dövründə ara-sıra gürcü milliyətçiliyindən siyasi faydalar götürsələr də, digər etniklərə qarşı davranışlara qarşı bəzən susqun qalıb, bəzən reaksiya verməkdə geciksələr də, hər halda  Qamsaxurdiya zamanıındakı kimi etnik qarşıdurmaların baş verməsinə rəvac verməyiblər. Bu xoşagəlməz baxışların qarşısını almasalar da, tam nəzarətdən çıxmasına da imkan tanımayıblar. Milliyətçilik bütün dünyanın bəlasıdır. Qafqaz isə hətta etnik münaqişələrin ən aktiv yaşandığı regiondur. Biz belə hadisələrin hərdən alovlanıb, sönməsinə alışmalıyıq, artıq. Əsas olan hadisələrin qanlı müstəviyə keçməsinin qarşısını almaqdır. Gürcüstan isə Qafqazın ən çox etnikli ölkəsi kimi bu mövzuda daha aktiv və daha həssas siyasət yeritməlidir.

Sual: Gürcüstan hökumətinin bu kimi məsələlərə susqunluğu belə bir şübhə yaradır ki, bu həm də Gürcüstanın, gürcülərin, hakimiyyətin, siyasi təbəqənin proqramına daxildir. Əgər belədirsə, Gürcüstan gələcəkdə problemlər yaşamayacaq ki?

Cavab: Cəmiyyətin milliyətçilik hissləri yüksəkdirsə, bunun siyasi proqramlara yansıması təbiidir.  Ancaq siyasi reallıqların belə baxışları xeyli cilaladığı qənaətindəyəm. Gürcü siyasiləri milliyətçi ritorikaları ilə yaratdığı problemləri rəsmi siyasətləri ilə cilovlamağa məhkumdurlar. Əks təqdirdə milliyətçi siyasətin istənilən ölkəni uçuruma apardığı tarixi reallıqdır. Gürcüstanın rəsmi siyasətinin bu istiqamətdə getdiyini iddia etmək əsassızdır. Yuxarıda qeyd etdiyimiz kimi törətdiyi fəsadlara baxmayaraq gürcü milliyətçiliyi idarə olunandır.

Sual: Azərbaycan hökuməti Gürcüstanda azərbaycanlılara qarşı baş verənlərə reaksiya verməlidir,  yoxsa bunu Gürcüstanın daxili işi kimi qiymətləndirməlidir?

Cavab: Ölkələrin “daxili işi” ifadəsi amorfdur. Hər hansı ölkədə baş verən hadisə kənar ölkələrin həssas maraqlarına toxunursa, bu artıq “daxili iş” olaraq qala bilmir. Gürcüstan azərbaycanlıları ilə bağlı baş verən istənilən hadisə Azərbaycan üçün həssas məsələdir. Azərbaycan dövləti Gürcüstan azərbaycanlalılarının can, mülk güvənliyinə məsuliyyət daşıyır. Yəni baş verən hadisəyə reaksiyasız qalmaq haqqı yoxdur. Rəsmi Bakı gürcü rəsmiləri ilə intensiv əlaqədə olmalı, baş verən hadisə haqda detallı məlumat əldə etməli, azərbaycanlı əhalinin təhlükəsliyinə dair real tədbirlərin görülməsinə nail olmaldır.

Sual: Gürcüstanda azərbaycanlılara qarşı hər hansı bir problem yaranmaması üçün Gürcüstan hökuməti, orada yaşayan azərbaycanlılar nə etməlidirlər?

Cavab: Gürcüstan höküməti hadisəni dərindən araşdırmalıdır. Şübhə etmirəm ki, rəsmilər hadisənin niyə, necə, nədən baş verməsinə dair ən incə detalına qədər məlumatlıdırlar. Hadisə gözlənilməz deyil, ilk dəfə baş vermir. İlk növbədə Gürcüstanda kriminogen durumun pisləşməsinin səbəblərini aradan qaldırmalıdırlar. Əgər hadisənin etnik-siyasi mahiyyəti varsa, qarşıdurmanın təkrarlanmaması və problemin qalıcı həlli üçün qəti addımlar atmalıdırlar.
Yerli azərbaycanlılara gəldikdə, ilk növbədə təmkinli olmaq vacibdir. Ancaq bu özünü qoruma haqqını inkar etmir.  Gürcü höküməti ilə intensiv işləmələdirlər. Azərbaycan səfirliyi vasitəsilə rəsmi Bakını aktivliyə vadar etməlidirlər.

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button