2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Dmitri Peskov: “Ukraynada “Bayraktar” zavodu yaradılandan sonra dərhal demilitarizasiyaya məruz qalacaq”

Yayımlandı: 9 Avqust 2022 15:25

Rusiya Ukraynanı “Bayraktar”a görə hədələdi

“Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı zavodu yaradılandan sonra dərhal demilitarizasiyaya məruz qalacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə, demilitarizasiyaya məruz qalacaq bir obyektin yaradılması faktı yəqin ki, ukraynalıların əzablarını uzadacaq. Amma anlamaq lazımdır ki, bu, xüsusi hərbi əməliyyatın qarşısını almağa kömək etməyəcək”, – deyə Peskov bildirib.

Dmitri Peskov, Foto: ID1974/shutterstock

Avqustun 8-də Ukraynanın Ankaradakı səfiri Vasili Bodna Türkiyənin “Bayraktar” şirkətinin Ukraynada dron istehsalı zavodunun tikintisi üçün torpaq sahəsi aldığını söyləmişdi.

Diplomat qeyd edib ki, şirkət artıq qeydiyyatdan keçib.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button