2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Dnepr şəhrində yaşayış binası raketlə vurulub

İkisi uşaq olmaqla 18 yaralının xəstəxanaya yerləşdirildiyi, hələ də dağıntılar altında qalanların olduğu bildirilir

Saytların yığılması Saytlarin yigilmasi

Dneprdən verilən son məlumatlara görə, raketin düşdüyü binadan ən azı 18 yaralı çıxarılıb, hələ də dağıntılar altında insanların qaldığı bildirilir.

Vilayət administrasiyasının rəhbəri Valentin Rezniçenkonun açıqlamasına görə, Rusiya ordusunun atdığı raket 9 mərtəbəli yaşayış binasınıngirişini dağıdıb. “…Artıq xəstəxanalarda ikisi uşaq olmaqla 18 yaralı var. Dağılmış evin dağıntıları altında hələ də insanlar var. xilasetmə əməliyyatı davam edir”.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərbi – Rusiyanın Dneprdəki yaşayış binasına zərbəsindən sonra – Rusiyanın raket və dron istehsalını “öldürəcək” sanksiyalar tətbiq etməyə çağırıb:

“Hər bir raket zərbəsi Rusiyanın ehtiyatlarını daha da tükəndirir, lakin onlar hələ də yeni raketlər istehsal etmək iqtidarındadırlar. Biz onların raket və dron istehsalını kütləvi yeni sanksiyalarla öldürə bilərik və etməliyik. “Böyük yeddilər”i və Avropa İttifaqını ləngimədən Ukraynanın təkliflərinə uyğun sanksiyalar tətbiq etməyə çağırıram” -ukraynalı nazir tvitter hesabında yazıb.

Ukraynadan yayılan məlumatlara görə, Dneprdən başqa Rusiya Ukraynanın digər şəhərlərinə də raket zərbələri endirib.

Xarkovda əksər rayonların işıqsız qaldığı, metronun fəaliyyətinin dayandırıldığı bildirilir. Lvovda da kritik bir infrastruktur obyektində zərbə endirildiyi barədə məlumatlar var.

Kiyevdə hava hücumundan müdafiə sisteminin aktiv olduğu bildirilir.

Son günlər Ukraynanın Solidar şəhəri uğrundə Ukrayna hərbi qüvvələri ilə Rusiyanın “Vaqner” hərbi birləşmələri arasında şiddətli döyüşlərin getdiyi barədə məlumatlar yayılır. Rusiya müdafiə nazirliyi şəhəri tutduğunu bildirsə də Kiyev bu məlumatları təsdiq etmir, şəhər uğrunda döyüşlərin davam etdiyini bildirir.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya təcavüz edib. Hələ də davam edən müharibədə Ukraynanın çox sayda yaşayış məntəqələri, infrastruktur obyektləri dağıdılıb, minlərlə insan həlak olub və öz evlərindən didərgin düşüb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button