2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Dnestryanıda separatçılar yeni hücum cəhdlərindən danışırlar

Məlumatda otun alışdığı, “dərhal” söndürüldüyü bildirilir

Saytların yığılması Saytlarin yigilmasi

Moldovanın separatçı Dnestryanı regionundakı orqanları mayın 13-də paytaxt Tiraspolda yanacaq deposuna və çağırış mərkəzinə hücum cəhdi olduğunu bildiriblər.

Rusiyanın dəstəklədiyi regionda son həftələr bir neçə oxşar insidentlə bağlı xəbərlər qonşu Ukraynadakı münaqişənin oraya keçəcəyi sarıdan narahatlığı artırıb.

Qondarma “Daxili İşlər Nazirliyi”nin bəyanatında deyilir ki, səhər 4:15 radələrində bir müəssisənin yanacaq deposu yaxınlığında maşın saxlayıb, bir nəfər düşərək binaya Molotov kokteyli ataraq qaçıb.

Məlumatda otun alışdığı, “dərhal” söndürüldüyü bildirilir.

30 dəqiqə sonra isə Tiraspolda çağırış mərkəzinə “iki Molotov kokteylinin atıldığı” xəbər verilir.

“Biri səkidən düşüb, digəri pəncərənin barmaqlığına dəyib. Yanğın təhlükəsizlik xidməti tərəfindən dərhal söndürülüb”, – nazirlik bildirir.

Dnestryanı 1990-cı ildə Kişinaudan müstəqilliyini elan edib. Tərəflər 1992-ci ildə qısamüddətli müharibə aparıblar. Rusiya separatçıların tərəfindən münaqişəyə müdaxilə edib. Moskvanın regionda 2 minədək əsgəri var.

Rusiya generalı bu yaxınlarda deyib ki, Moskvanın işğalının məqsədi Ukraynanın cənubundan Dnestryanıya quru dəhlizi açmaqdır.

Ukrayna daha öncə Dnestryanıdan gələn xəbərləri Rusiyanın hərbi müdaxiləyə əsas yaratmaqdan ötrü regionda sabitliyi pozmaq cəhdi kimi yozub.

Avropa İttifaqı mayın 4-də Moldovaya hərbi yardımı artırmağa boyun olub.

24 saat” “
Dnestryanıda separatçılar yeni hücum cəhdlərindən danışırlar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button