24saat.org Doğuşa qədər hamilə olduğunu bilməyib: Bakıda qeyri-adi hadisə - VİDEO - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Doğuşa qədər hamilə olduğunu bilməyib: Bakıda qeyri-adi hadisə – VİDEO

Doğuşa qədər hamilə olduğunu bilməyib: Bakıda qeyri-adi hadisə – VİDEO

Bakıda qeyri adi hadisə yaşanıb. Xezerxeber.com xəbər verir ki, 39 yaşlı qadın 9 ay boyunca hamiləliyindən xəbərsiz olub.
Nailə Ramazanova hamilə olduğunu 9 ay sonra bilib. Nəfəs darlığı şikayəti ilə həkimə müraciət etdikdə əsl səbəb ortaya çıxıb və xəstə dərhal keysəriyyə əməliyyatına alınıb. Sürpriz uşaq bütün ailənin sevincinə səbəb olub.
Xəstəni əməliyyat edən Natiq Məhərrəmov qeyd edir ki, qadın 9 ay boyunca həkim müayinəsindən keçməsə də bu, hamiləliyin gedişatına mənfi təsir etməyib.
Ana 2 səbəbdən hamiləliyindən bixəbər olub. Belə ki, Nailə xanım daha əvvəl ginekoloji problem yaşadığından problemin davam etdiyini düşünüb, eyni zamanda çəkisi onun hamiləliyini gizlədib.
9 ay müddətində varlığından heçkəsin xəbəri olmasa da hazırda ananın da körpənin də vəziyyəti yaxşıdır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ailənin digər iki uşağı ali məktəbdə oxuyur.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.