Doğuşu çətin və təhlükəli edən nədir?

Uzun müddətdir düşünülürdü ki, buna səbəb dik yeriməyimizdir, lakin, yeni bir araşdırma başqa şey deyir.

Dünyaya uşaq gətirmək uzun və ağrılı bir prosesdir.

Bəzən isə ölümcüldür. Dünya Səhiyyə Təşkilatının hesablamalarına əsasən, hamiləlik zamanı və ya doğuşda yaranan fəsadlar ucbatından, gündə 830 qadın həyatını itirir. Bu, 1990-ci illərlə müqayisədə 44% aşağı göstəricidir.

“Rəqəmlər dəhşətlidir,” Britaniyanın London Kollec Universitetində uşaq bəslənməsini araşdıran Jonathan Wells deyir.

“Məməli anaların dünyaya yeni canlı gətirməsi bu qədər baha başa gəlməməlidir.”

Bəs doğuşu insanlar üçün bu qədər riskli edən nədir?

Doğuş zamanı yaşanan ölüm səviyyəsini azaltmaq üçün nə isə edə bilərikmi?

İnsan doğuşu zamanı yaşanan problemlər haqqında alimlər ilk dəfə 20-ci əsrdə düşünməyə başlayıblar.

Tezliklə onlar, ağlabatan bir izah tapırlar.

Onlar, məsələnin təkamül prosesimizin ən ilkin üzvləri olan homininlər, yəni insanabənzərlərdən qaynaqlandığı qənaətinə gəlirlər.

Ən qədim hominin qalıqları təxminən yeddi milyon il bundan qabağa gedib çıxır.

Onlarla bizim cəmi bir neçə ortaq yanımız olub ki, tədqiqatçılara görə bunlardan ən ümumisi iki ayaq üzərində yeriməkdir.

İki ayaq üzərində rahat yerimək üçün homininin skeleti yeni formaya uyğunlaşıb və bu da çanağa təsir edib.

Əksər primatların çanağında doğuş kanalı, nisbətən daha düzdür.

Homininlərdə bu, getdikcə başqa cür görünməyə başlayıb.

Ombalar darlaşdıqca doğuş kanalı da dəyişib – uzunluq ölçüsünə və şəklinə görə dəyişən silindr formasını alıb.

Tariximizin ilk günlərindən hominin körpələri çox güman ki, doğuş kanalından çıxmaq üçün fırlanmalı olublar.

Bu isə doğuşu əvvəlkindən daha çətin edirdi.

Sonra isə hər şey daha da pisləşib.

Təxminən iki milyon il əvvəl bizim hominin əcdadlarımız, yenə dəyişikliyə uğrayıblar.

Onlar, qısa bədən, uzun qollar və kiçik beyin kimi meymuna bənzər cizgiləri itiriblər.

Əvəzində insana bənzər xüsusiyyətlər peyda olub: hündür bədən, qısa qollar və böyük beyin.

Beyinin böyüməsi isə qadınlar üçün heç də yaxşı xəbər deyildi.

Bu, böyük beyinli insanların böyük beyinli körpələrdən inkişaf etməsi anlamına gəlirdi.

Təkamül özünə qarşı təzad yaratmışdı.

Bir tərəfdən qadın homininlər iki ayaq üzərində yeriməkdən ötrü dar çanağa alışmalı, digər tərəfdən isə qarınlarında böyüyən döllər daha böyük beyinə malik olduqlarına görə, dünyaya dar çanaqla uşaq gətirməli idilər.

Beləliklə doğuş, son dərəcə ağrılı və ölümcül bir hal alır və hələ də eyni cür qalmaqdadır.

1960-cı ildə Sherwood Washburn adlı antropoloq bu ideyaya bir ad qoyur: obstetrik dilemma.

Alimlər bunun uşaq doğuşu üçün mükəmməl izah olduğuna inanırdılar. Bir çoxu hələ də eyni fikirdədir.

Lakin, Wells də daxil olmaqla bəzilərini bu standart izah qane etmir.

Son beş ildə Wells və bir neçə başqa tədqiqatçı obstetrik dilemma adlı klassik hekayəyə qarşı cəbhə qurublar.

Onlar, Washburn-n ideyasını çox bəsit adlandırırlar və düşünürlər ki, doğuş probleminə başqa faktorlar da təsir göstərir.

Kingston-da yerləşən Rhode Adası Universitetindən Holly Dunsworth obstetrik dilemma haqqında ilk dəfə bakalavr tələbəsi olarkən eşidib.

“O zaman bu mənim üçün çox həyəcan verici bir şey idi, nəhayət ki, obstetrik dilemmanı tam öyrənəcəkdim,” o deyir.

“Amma, tezliklə ümidlərim puç oldu. Problem, Washburn-n proqnozlarında idi.

“Washburn-a görə, obstetrik dilemma uşağı vaxtından tez dünyaya gətirdikdə aradan qalxır,” Wells deyir.

Gəlin, insan beyninin böyüməyə başladığı iki milyon il öncəyə nəzər salaq.

Washburn əlacı insanların hamiləlik dövrünü qısaltmasında görürdü.

İnsan balaları dünyaya vaxtında əvvəl – daha kiçik və inkişaf etməmiş beyinlə gəlsə, doğuş daha asan olar.

Washburn-n izahı məntiqli səslənir. Yeni doğulmuş çağanın nə qədər zəif və həssas olduğunu bilirik.

Başqa primatlar isə daha uzun müddət hamilə qaldıqlarına görə, dünyaya daha inkişaf etmiş körpə gətirirlər.

Fəqət, Dunsworth deyir ki, bu doğru deyil.

“Biz, düşündüyümüzdən daha uzun müddət hamilə qalırıq və dünyaya daha böyük körpələr gətiririk.”

Həqiqətən də insanın hamiləlik müddəti kifayət qədər uzundur.

Adətən doğuş 38-40 həftə arası baş tutur. Şimpanzelərin hamiləliyi 32 həftə, qorilla və oranqutanqlarınkı 37 həftə çəkir.

Dunsworth və həmkarlarının 2012-ci ildə dedikləri kimi, bədənin kütləsindən asılı olmayaraq, hamiləlik müddəti eyni qalır.

İnsan hamiləliyi bizim bədən ölçümüzə sahib meymunların hamiləliyindən 37 gün daha uzun çəkir.

Eyni şey, beyin ölçüsünə də aiddir.

Qadının bədən kütləsi nəzərə alınarsa, bir primata görə qadınlar böyük beyinli uşaqlar doğurlar.

Bu isə Washburn-n obstetrik dilemmasının yanlış olduğu mənasına gəlir.

Lakin, bu, Washburn ideyasının yeganə problemli tərəfi deyil.

Obstetrik dilemmanın ehtimal etdiyi əsas şey, insan çanağının forması və ölçüsünün – ələlxüsus qadın çanağı əlbəttə ki – dik formada iki ayaq üzərində yeriməyə görə kiçilməsidir.

Təkamül, qadınların çanağını daha böyük və doğuş kanalını daha geniş edərək, insanların doğuş problemi indiyədək “həll etməli” idi.

2015-ci ildə ABŞ-n Massachusetts ştatında Cambridge şəhərində yerləşən Harvad Universitetindən Anna Warrener və həmkarları bu ehtimalı araşdırmaq qərarına gəlirlər.

Tədqiqatçılar, laboratoriyada yeriyən və qaçan könüllü kişi və qadınlardan metabolik məlumatlar toplayırlar.

Çanağı böyük olan şəxslər, kiçik olanlara nisbətən yerimək və qaçmaq üzrə heç də zəif nəticə göstərmirlər.

Sırf enerji baxımından insanlarda daha geniş çanağın təkamülü üçün heç bir maneə yoxdur.

“Obstetrik dilemmanın qayəsi – biomexaniki məhsuldarlıq üçün kiçik və dar çanaq daha əlverişlidir – görünür ki, doğru deyil,” Kanadada yerləşən Britaniya Kolumbiyasında Viktoriya Universitetindən Helen Kurki deyir.

Kurki Warrener-n tədqiqatında iştirak etməsə də, öz araşdırması ilə ənənəvi obstetrik dilemma hipotezisinin başqa problemlərini ortaya qoya bilib.

Əgər həqiqətən də qadın çanağı iki əks güclə idarə olunursa, – yerimək üçün kiçik və doğuş üçün böyük olma ehtiyacı – qadınların doğuş kanalının forması da fərqlənməməlidir.

Bu, təbii seçmə sayəsində “stabil” qalmalıdır.

Lakin, yüzlərlə insan skeletini incələdikdən sonra, Kurki 2015-ci ildə bildirdi ki, doğuş kanalı ölçü və formasına görə kəskin fərqlənir.

Bu hətta, şəxsə görə forma və ölçüsü ilə dəyişən qol şəkilindən də daha çox fərqlənir.

“Düşünürəm ki, mənim tapdığım məlumatlar, obstetrik dilemmaya qarşı olan dəyişkən münasibəti izah edir,” Kurki deyir.

Washburn-n izahı, artıq qaneedici təsir bağışlamır.

Dunsworth fikirləşir ki, tapmacanın çatışmayan hissəsini tapıb: enerji.

“Hamiləliyin sonuna yaxın taqətsizləşirik,” özü də ana olan Dunsworth deyir.

“Hamiləliyin son həftələri və ayları yorucudur. İnsanın metabolik dözümü həqiqətən də tükənir və bunun mütləq ki, bir sonu olmalıdır.

Hamilə qadınlar bəzən zarafatla, inkişaf edən dölün enerji sovuran parazit olduğunu deyirlər.

Həqiqətən də bu belədir və hər keçən gün dölün enerji tələbatı daha da artır.

Xüsusilə də, insan beyninin iştahası doymur.

Hər saniyə böyüyən bu kiçik beyin, metoboloji baxımdan hamilə qadını taqətsiz sala bilir.

Dunsworth bu ideyanı, hamiləlik və artımın enerji (HME) fərziyyəsi adlandırır.

Fərziyyəyə əsasən, doğuşun vaxtını müəyyənləşdirən səbəb, uşağın doğuş kanalından çıxarkən yaşanan çətinlik yox, dölün 39 həftədən sonrakı inkişafı üçün lazım olan enerjini təmin etməmək çətinliyindən asılıdır.

Dunsworth düşünür ki, insanlar uşağın başı ilə ananın doğuş kanalı arasındakı ölçüyə çox köklənirlər.

Heç təsadüfi deyil ki, onların hər ikisinin ölçüsü uyğundur.

O deyir ki, sadəcə olaraq çanaq olması gərəkən ölçüdə təkamül edib.

Təkamül çanağı daha da böyük edə bilərdi, amma, buna ehtiyac olmayıb.

Ümumiyyətlə, Kurki də bununla razıdır.

“Obstetrik kanal, əksərən dölün keçə biləcəyi qədər geniş olur,” o deyir.

Doğrudur. Bəs doğuş zamanı həyatını itirən anaların sayı necə: günə 830 nəfər?

Bəzi araşdırmalar göstərir ki, doğuş əsnasında həyatını itirməyən qadınların 40%-i ölümcül olmayan, lakin, həyatı dəyişən zədə alırlar.

Dünyaya uşaq gətirmək qadına baha başa gəlir.

Wells də bununla razıdır.

“Problemin bu qədər uzun müddət beləcə pis qalması inanılmazdır.”

Bəlkə də belə deyil. 2012-ci ildə Wells və həmkarları doğuşun ən qədim nümunələrinə nəzərə salırlar və çox təəccüblü bir nəticəyə varırlar.

İnsan təkamülünün böyük hissəsində doğuş ola bilsin ki, daha da asan olub.

Təbii ki, tarix öncəsi doğuş araşdırması çətin bir mövzudur. Qazıntılarda hominin çanağına çox nadir hallarda rast gəlinir.

Lakin, Homo erectus və Neandertallar da daxil olmaqla, aşkar olunan insan növünün ən qədim nümayəndələrindən qalma dəlillər göstərir ki, onların doğuşları daha asan və rahat olub.

Wells və həmkarları düşünürlər ki, cinsimizin ilkin nümayəndələri üçün doğuş heç də problem sayılmayıb.

Aşkar olunan skeletlər arasında yeni doğulmuş skeletinə rast gəlmək də çətindir.

Bu isə körpə ölümünün nə qədər az olmasına işarə ola bilər.

Vəziyyət, bir neçə min il əvvəl dəyişib.

İnsanlar təsərrüfat ilə məşğul olmağa başlayıblar və yeni doğulan körpə skeletləri əvvəlki siyahıya nisbətən daha çox artıb.

Təsərrüfatın başlanması ilə artan körpə ölümlərində heç şübhəsiz ki, bəzi digər faktorlar rol oynayıb.

Məsələn, ilkin təsərrüfatçılar daha sıx məskunlaşmış ərazilərdə yaşamağa başlayıblar və beləliklə, yoluxucu xəstəliklər geniş bir problemə çevrilib.

Yeni doğulmuş körpələr, infeksiyaya qarşı daha dözümsüz olurlar.

Fəqət Wells və həmkarları düşünürlər ki, doğuşu daha da çətin edən məqam, həm də təsərrüfatın gətirdiyi inkişaf dəyişiklikləri olub.

Təsərrüfatın ilkin mərhələsində artan körpə ölümlərinə səbəb çox güman ki, həm də doğuş zamanı artan ölüm riski olub.

Arxeoloqlar, təsərrüfatçılarla onların ovçu-yığıcı əcdadlarının skeletləri arasında təəccüblü bir fərq aşkarlayıblar.

Təsərrüfatçılar əcdadlarına nisbətən daha qısa boya malik olublar.

Böyük ehtimalla bu, onların proteinlə zəngin qidalanan əcdadlarından fərqli olaraq, daha çox karbohidratla zəngin qidalar qəbul etmələrindən asılı olub.

Wells deyir ki, qadının boyu ilə çanağının ölçüsü və forması arasında bir əlaqə var.

Yəni, qadın nə qədər bəstə boy olarsa, çanağı da bir o qədər kiçik olacaq.

Başqa sözlə təsərrüfata keçid, doğuşu daha da çətinləşdirib.

Bundan əlavə, karbohidratla zəngin qidalar təsərrüfatçılıq zamanı daha adi hala çevrilir və bu da inkişaf edən dölün daha böyük və şişkin olması ilə nəticələnir. Beləcə doğuş da çətinləşir.

Bu iki faktoru birləşdirsək, doğuş – hansı ki, milyon illər boyunca daha asan olub – 10 min il əvvəl birdən-birə çətinləşib.

Bu “təsərrüfat təkamülünün təsiri”, insanların az proteinli qidalar qəbulu zamanı – xüsusən də, dölü sürətlə böyüdən karbohidrat və şəkərlə dolu qidalar – özünü büruzə verir.

“Biz, ananın qidanlanması əsasında doğuşun nə dərəcə çətin keçəcəyini təxmin edə bilərik,” Wells deyir.

Statistika da göstərir ki, daha sağlam qidalanma doğuşa yaxşı mənada təsir edir.

Həm Dunsworth, həm də Kurki düşünür ki, Wells işində çox mühüm bir şeyə varıb.

“Çox şadam ki, Jonathan bu çətin məsələyə insan sağlamlığı nöqteyi-nəzərindən yanaşır,” Dunsworth deyir.

“Eyni zamanda, mən də problemə insan təkamülü perspektivimdən yanaşıram.”

Artıq doğuş ilə bağlı əlimizdə yeni izahlar var.

Hamilə qadınlar, dölün doğuş üçün kifayət qədər böyüyənə qədər bəsləməyə uyğunlaşıblar.

Qadın çanağı maksimum şəkildə böyümüş dölün çölə çıxması üçün uyğunlaşıb.

Və son bir neçə min il ərzində yemək vərdişlərindəki dəyişikliklər bu balansı pozaraq doğuşu riskli bir prosesə çevirib. Xüsusilə də, zəif qidalanan qadınlar üçün.

Bununla belə, Dunsworth düşünür ki, bu hələ hamısı deyil.

Washburn-n ideyaları, Dunsworth, Kurki və Wells-ə qədər on illər boyu intuitiv mənada ağlabatan olub.

“Bəlkə HME də həqiqətə uyğundur?” Dunsworth sual edir.

“Biz axtarışı və dəlillər toplamağı davam etdirməliyik.”

Digər tədqiqatçılar elə bununla məşğuldurlar.

Misal üçün, 2015-ci ildə Avstriyada, Klosterneuburg-da yerləşən Konrad Lorenz adına Təkamül və İdrak Tədqiqat İnstitutundan Barbara Fischer və Vyana Universitetindən Philipp Mitteroecker qadın çanağına baş bir prizmadan nəzər saldılar.

Onlara görə, Dunsworth-n HME fərziyyəsi Washburn-n ideyalarını tamamilə təkzib etmək əvəzinə hansısa mənada onu tamamlayır.

Dunsworth bununla razıdır: düşünür ki, müasir doğuşun təkamülündə bir çox faktorların rolu olub.

Fischer və Mitteroecker, qadının baş ölçüsü ilə çanaq ölçüsü arasında oxşarlıq üzərində çalışıblar.

Başın ölçüsü müəyyən mənada irsidir.

Böyük baş ölçüsünə malik qadınlar, geniş də çanağa malik olsalar doğuş daha da asan olar.

Tədqiqatçıların üzərində işlədiyi 99 skelet göstərdi ki, həqiqətən də burada bir əlaqə mövcuddur.

Onlar, qadının baş ölçüsü ilə çanaq ölçüsünün genetik səviyyədə bir əlaqəsi olduğu nəticəsinə gəldilər.

“Bu problemin həlli mənasına gəlmir,” Fischer deyir.

Lakin, baş ilə çanaq ölçüsü arasında bir əlaqə olmasa idi, bax bu, daha böyük problem olardı.

Başqa bir problem də var: yaş artdıqca qadının bədəni dəyişir.

2016-cı ilin mayında İsveçrədə Sürix Universitetindən Marcia Ponce de Leon və Christoph Zollikofer 275 insanın – kişi və qadın – çanağını yoxlayıblar.

Tədqiqatçılar müəyyənləşdiriblər ki, qadının çanağı həyatı boyunca dəyişikliyə uğrayır.

Onların məlumatlarına əsasən, qadınların çanağı, yeniyetmə yaşlarının sonlarında doğuş üçün yararlı formaya gəlib çatır.

Bu, 40 yaşa qədər eyni formada qalır və sonra isə tədricən dəyişərək doğuş üçün yararsız və menopoz üçün əlverişli şəkil alır.

Alimlər düşünür ki, bu dəyişikliklər doğuşu daha da asan edir. Onlar bu ideyanı “inkişafın obstetrik dilemması” adlandırırlar (İOD).

“İOD fərziyyəsi, çanağın obstetrik ölçülərindəki fərqin inkişafını izah etməyə imkan verir,” Ponce de Leon deyir.

Əgər bütün bu təkamül təziyqləri doğuşa təsir edirsə, bu, prosesin hələ də getdiyi və təkamülün hələ də davam etdiyi deməkdirmi?

2016-cı ilin dekabrında Fischer və Mitteroceker, bu sual ilə bağlı yazı dərc edib.

Əvvəlki araşdırmalar göstərirdi ki, böyük körpələrin sağ qalmaq şansı daha çoxdur və bu həm də genetikdir.

Bu faktorlar birlikdə qadın çanağının ölçüsünə zidd bir böyüklük təşkil edə bilər və bu da ölümcül nəticələrə yol açır.

Lakin, hazırda bir çox körpələr Qeysəriyyə əməliyyatı ilə doğulur. Yəni, uşaqların doğuş kanalından keçməsinə ehtiyac qalmır.

Fischer və Mitteroecker göstərdilər ki, bu əməliyyatların daha ümumi hal olduğu cəmiyyətlərdə döllər daha böyük doğula bilər və belə olduqda sağ qalmaq şansı da yüksək qalar.

Nəzəriyyə ilə uzlaşaraq, çanaqdan çıxmaq üçün böyük olan uşaqların doğulma sayı da son bir neçə on il ərzində 10 və ya 20% artıb.

Və ya loru dillə desək, bu cəmiyyətlərdəki insanlarda artıq böyük körpələrin dünyaya gəlməsi prosesi təkamül edir.

Hələlik deyilənlər ideya kimi səslənir, çünki, hazırda baş verənlərlə bağlı heç bir dəlil yoxdur.

Lakin, bu, maraq doğuran ideyadır.

“Biz hamımız dünyaya gəlmişik, istər doğuş kanalından keçərək, istər keçməyərək,” Wells deyir.

“Əgər doğuş kanalında keçmişiksə, çanaq əhəmiyyətli olub. Yox, əgər keçməmişiksə, bu elə özü maraqlı bir haldır.”

Doğuş təkamül etdikdən bəri, körpələr də müəyyən mənada doğuş kanalını keçə bilmək üçün əziyyətə qatlanmalı olublar.

Amma, bəzi körpələr bunu heç yaşamayıblar belə. (BBC azeri)

24saat.org

Mənbə – azadliq.info

Paylaş:

Ceyms Komi Senat qarşısında açıq ifadə verməyə razılaşıb

Sonrakı Yazı »

Valyuta mübadiləsi fəaliyyəti üçün yüksək məbləğdə girov tələb olunur

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

BİZİMLƏ ƏLAQƏ

SON XƏBƏRLƏR

  • Bakı şəhər Səhiyyə İdarəsindən əlillik almaq istəyənlərlə bağlı absurd qərar

    3 həftə ago

    “Əlilliyin təyin edilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi üçün poliklinikaya müraciət edən zaman absurd imtina cavabı ilə üzləşdik”. Bunu saytımıza müraciət edən Bakı şəhər sakini Aynur ...

    Ətraflı
  • Azərbaycanda yeni pul nişanı tədavülə buraxıldı

    2 ay ago

    Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100-cü ildönümü münasibətilə 5 AZN təşkil edən gümüş yubiley pul nişanı tədavülə buraxılıb. Bu barədə Mərkəzi Bankın ...

    Ətraflı
  • Məşhur azərbaycanlı ekstrasens güllələndi – FOTO

    2 ay ago

    Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.Anews.az xəbər verir ki, BAKU.WS-ə daxil olan məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus ...

    Ətraflı
  • ABŞ senatoru Donald Trampın impiçmentinə qarşı qətnamə təqdim edəcək

    2 ay ago

    Respublikaçı senator Lindsi Qrem bildirib ki, ABŞ senatına Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın impiçmenti prosedurunun keçirilməsi vaxtı aşkarlanmış səhvlərin olduğu qətnaməni təqdim etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu ...

    Ətraflı
  • Nazir: “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”

    2 ay ago

    “Daha 1000-dək şəxsin saxta şəkildə sosial yardım aldığına dair şübhələr var”. “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə Prezident İlham Əliyevin yanında keçirilən ...

    Ətraflı
  • KİVDF-yə ayrılan vəsait artırılır

    2 ay ago

    2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri gələn ay parlamentdə müzakirəyə çıxarılacaq 2020-ci ilin büdcəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi ...

    Ətraflı
  • Məhkəmə baş redaktorla bağlı şikayəti rədd edib

    2 ay ago

    Anar Məmmədov barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılmayıb Oktyabrın 24-də Yasamal Rayon Məhkəməsi “Lombard N:1”in sahibi Məlahət Qurbanovanın “criminal.az” saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ...

    Ətraflı
  • “Kəndimizin örüş sahələri satılıb” – Ağsudan şikayət

    2 ay ago

    Ağsu rayonunun Bico kəndinin örüş sahələri, təxminən 1000 hektara yaxın ərazi, 2004-2006-cı illərdə müxtəlif şəxslərə 99 illik icarə müqavilələri ilə bələdiyyələr tərəfindən icarəyə verilib.  “Sözügedən ərazi kənd ...

    Ətraflı
  • Elina Hacıyevanın ölüm işi: direktora hökm oxundu

    2 ay ago

    Sevinc Abbasovanın azadlığı məhdudlaşdırıldı 162 saylı orta məktəbin keçmiş direktoru, 14 yaşlı Elina Hacıyevanın ölümündə günahlandırılan Sevinc Abbasovaya hökm oxunub. Oktyabrın 24-də Səbail Rayon Məhkəməsində hakim Azər ...

    Ətraflı
  • Trump Türkiyə üzərindəki bütün sanksiyaların qaldırıldığını deyir

    2 ay ago

    Prezident Donald Trump oktyabrın 23-də bəyan edib ki, bir neçə gün bundan əvvəl Türkiyənin üzərinə qoyulmuş bütün sanksiyalar qaldırılır. Bu sanksiyalar Türkiyə ordusunun Suriyanın şimalındakı kürd qüvvələrinə hücumu ilə ...

    Ətraflı
  • Hindistanın vitse-prezidenti Bakıya gələcək

    2 ay ago

    Hindistanın vitse-prezidenti Venkaya Naydu bu gün Bakıya gələcək. “Report” xəbər verir ki, o, oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitində Hindistanın nümayəndə heyətinə rəhbərlik edəcək. Qoşulmama Hərəkatının sammiti zamanı təşkilata sədrlik üç ...

    Ətraflı
  • Zahid Oruc: ‘İslahatların sürəti prezidentin iradəsinə bağlıdır’

    2 ay ago

    Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AzadlıqRadiosuna prezidentin son sərəncamları haqda deyib: – Prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən elan etdiyi mühüm dövləti idarəetmə sistemindəki konsepsiyanı mərhələ-mərhələ həyata keçirməkdədir. ...

    Ətraflı
  • İlham Əliyev bunu da etdi

    2 ay ago

    Ramiz Mehdiyevi Elmlər Akademiyasına təpişdirdi Milli Şuranın sədri, tarixçi alim, professor Cəmil Həsənli dünən Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad eilən Ramiz Mehdiyevin Elmlər Akademiyasına prezident “seçilməsinə” münasibət ...

    Ətraflı
  • Ramiz Mehdiyev vəzifəsindən azad edildi

    2 ay ago

    Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad edilib. Digər bir sərəncamla dövlət başçısı Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edib. ...

    Ətraflı
  • Mikayıl Cabbarov birləşdirilən 4 qurumun rəhbəri oldu

    2 ay ago

    Prezident İlham Əliyev Mikayıl Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamına əsasən, Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edilib. Bundan başqaİlham Əliyev Fərman ...

    Ətraflı
  • 19 oktyabr zorakılığı ilə bağlı ictimai dinləmə olacaq

    2 ay ago

    Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətin 19 oktyabrda törətdiyi zorakılığı ictimai müzakirəyə çıxarır. Bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat paylaşıb. O.Gülalıyev feysbuk səhifəsində yazıb: “19 oktyabr ...

    Ətraflı
  • İstiqlalçı millət vəkilinin üzərində polis vəhşiliyinin izi FOTO

    2 ay ago

    19 oktyabr mitinqində polis vəhşiliyinə məruz qalanlardan biri də Milli Şura Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı millət vəkili İbrahim İbrahimli olub. Sosial şəbəkələrdə onun boğaznda polis zorakılığının izi ...

    Ətraflı
  • Şahin Mustafayev istirahətə göndərildi; Onun yerinə kim gətiriləcək?

    2 ay ago

    Öncə bu sualı cavablandıraq ki, baş nazirin müavini yüksək vəzifədir, yoxsa iqtisadiyyat naziri? Azərbaycan standartları ilə ölçsək birmənalı şəkildə nəinki iqtisadiyyat, hətta energetika naziri vəzifəsi də baş ...

    Ətraflı
  • Azərbaycan ordusu 19 yaşlı əsgərini itirib

    2 ay ago

    Horadizdə yerləşən N saylı hərbi hissənin əsgəri 19 yaşlı Həsən İbrahim oğlu Bədəlov həlak olub. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat veriblər. İlkin məlumata görə, əsgər ...

    Ətraflı
  • “Azərbaycanla Avropa İttifaqı arasında danışıqlar dayandırılsın”

    2 ay ago

    İnsan haqları komissarı polis zorakılığından narahatdır “Ötən həftənin sonu Bakıda icazəsiz mitinqlərin polis tərəfindən vəhşicəsinə dağıdılması polisin davranışı və insanların Azərbaycanda dinc etiraz nümayiş etdirmək hüququ ilə ...

    Ətraflı
  • Döyənlər və döyülənlər: Güc tətbiqi kimə nə qazandırdı? – İlkin Rüstəmzadə

    2 ay ago

    Tarix hər bir epizodda tətbiq oluna biləcək hazır reseptlər verməsə də, analogiyalar üzrə yaxşı-yaxşı öyrədir. Ağıllı adamlar və güc sahibləri bu dərsləri təkrar-təkrar oxuyur, ondan dərs çıxartmağa ...

    Ətraflı
  • ABŞ səfirliyi müxalifətin aksiyası ilə bağlı bəyanat yaydı

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Milli Şuranın oktyabrın 19-da keçirilən aksiyasına dair bəyanat yayıb. Bəynatda qeyd edilir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi Avropa İttifaqının bəyanatına dəstək verərək oktyabrın ...

    Ətraflı
  • Hacıbala Abutalıbov və Əli Həsənov vəzifəsindən azad edildi

    2 ay ago

    24saat.org saytı president.az saytına istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyevin 21 Oktyabr 2019-cu il tarixində imzaladığı sərəncamlara əsasən Baş nazirinin iki müavini Hacıbala Abutalıbov və ...

    Ətraflı
  • Mirşahin xarici diplomatların səs yazısını yaydı – VİDEO

    2 ay ago

    Mirşahin rəhbərlik etdiyi telekanalda Milli Şura üzvü Gültəkin Hacıbəyli ilə ABŞ və Avropa İttifaqı üzvü olan diplomatların qeyri-qanuni yolla əldə edilmiş səs yazısını yayımlayıb. 20.10.2019-cu ildə “Real ...

    Ətraflı
  • AXCP sədri Əli Kərimli həbs olunub

    2 ay ago

    Partiya sədri mitinqə getmək üçün evindən çıxarkən zorla maşına mindirilib AXCP sədri Əli Kərimli zorla maşına mindirilərək naməlum istiqamətə aparıldığı bildirilir. Məlumatı AXCP-nin mətbuat xidməti yayıb. Bildirilir ...

    Ətraflı
  • Ərdoğan Trampın tvitinə cavab verdi: “Qalib gəlsək…”

    2 ay ago

    Prezident Ərdoğan ABŞ Prezidenti Donald Trampın sosial mediada yaydığı açıqlamaya cavab verib. Qaynarinfo xəbər verir ki, Ərdoğan Trampın “Milyonlarla insanın canı qurtaracaq” sözlərinə cavab olaraq öz tvitter hesabından ...

    Ətraflı
  • Nazir: “Gələn il pensiyaların orta aylıq məbləği 293 manat olacaq”

    2 ay ago

    “Gələn il ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin 16 faiz artmaqla 293 manata çatması proqnozlaşdırılır”. az24saat.org xəbər verir ki, bunu oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi ...

    Ətraflı
  • Bir neçə rayonun qaz təminatında fasilə yaranacaq

    2 ay ago

    Oktyabrın 18-də səhər saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Bakının Nərimanov rayonu, Çermet qəsəbəsi, Z.Bünyatov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, ...

    Ətraflı
  • Təhsil naziri: İbtidai sinif şagirdləri üçün həftəlik dərs yükü çoxdur

    2 ay ago

    Məktəbdə dərsliklərin istifadəsi dörd il üçün nəzərdə tutulur. az24saat.org-un məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.  Onun sözlərinə görə, ...

    Ətraflı
  • Trump: “Öncə qoyacaqsınız dalaşacaqlar, sonra gedib ayıracaqsınız”

    2 ay ago

    Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Trump cümə axşamı günü “öncə qoyacaqsınız, məktəbin həyətindəki iki uşaq kimi dalaşacaqlar, sonra da gedib ayıracaqsınız” deyib. O, bunu Texas-da keçirilən ...

    Ətraflı
  • Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir

    2 ay ago

    Azərbaycan Dövlət Müstəqilliyinin 28-ci ildönümünü qeyd edir. 1991-ci il oktyabrın 18-də Sovet rejiminin dağılma ərəfəsində Azərbaycan Ali Sovetində imzalanan “Müstəqillik Aktı” ilə dövlət müstəqilliyi bütün dünyaya bəyan ...

    Ətraflı
  • Vilayət Eyvazov generalı təqaüdə göndərdi

    2 ay ago

    Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib. az24saat.org  “Report”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, ...

    Ətraflı
  • Siyavuş Novruzov: “Prezidentin xəbərdarlıq etdiyi məmurlar istefa verməlidir…”

    2 ay ago

    “Daxildəki məsələlərə gücü çatmayanlar xaricdə oturanları maliyyələşdirməklə prezidentin həyata  keçirdiyi islahatlara kölgə salmağa, qarayaxma kampaniyası aparmağa çalışırlar”.Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim ...

    Ətraflı
  • Yeni agentlik yaradılıb

    2 ay ago

    Oktyabrın 16-da Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb.Bu barədə prezident İlham Əliyev oktyabrın 16-da fərman imzalayıb.Sənədə əsasən, «Azərbaycan Respublikasında bir sıra ...

    Ətraflı
  • Daha bir yol bağlanıb – RƏSMİ

    2 ay ago

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolun bağlanması ilə bağlı müraciət yayıb.  Bu gün Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinin aparılması ...

    Ətraflı
  • “Türkiyənin bu addımını birmənalı şəkildə müdafiə edirik”-bəyanat

    2 ay ago

    Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal ərazisinə müdaxiləsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda göstərilir: “Türkiyə rəhbərliyi dövlətin təhlükəsizliyi və maraqları baxımından mühüm qərar ...

    Ətraflı
  • Davamı

    Daha Çox