2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Doktorant, magistr və tələbələrin təqaüdləri artırıldı

Yayımlandı: 13 Yanvar 2023 13:04

Artımların ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə etdiyi bildirilir

Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən artırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün – 400 manata,
fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün – 240 manata çatdırılır.

Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

1. Magistratura səviyyəsi üzrə akademik göstəriciləri
–      91–100 bal olan tələbələr üçün – 195 manata,
–      71–100 bal olan tələbələr üçün – 160 manata,
–      51–100 bal olan tələbələr üçün – 110 manata çatdırılır.

2. Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri:
–        91–100 bal olan tələbələr üçün – 175 manata,
–        71–100 bal olan tələbələr üçün – 145 manata,
–        51–100 bal olan tələbələr üçün – 100 manata çatdırılır.

3. Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri:
–          91–100 bal olan tələbələr üçün – 100 manata,
–          71–100 bal olan tələbələr üçün – 80 manata,
–          51–100 bal olan tələbələr üçün – 66 manata çatdırılır.

4. Peşə təhsili müəssisələrində akademik göstəriciləri:

“5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələr üçün – 100 manata,
“4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələr üçün – 80 manata,
“3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələr üçün – 66 manata çatdırılır.

Artımların ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə etdiyi bildirilir.

Dövlət hesabına və ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin əyani formada təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə verilir.

Hər növbəti semestrdə tələbənin təqaüd alması, yaxud alacağı təqaüdün miqdarı onun əvvəlki semestr imtahanlarının nəticələrinə əsaslanır.

Ödənişsiz əsaslarla təhsil alan tələbə kimi ödənişli təhsil alan tələbə də təqaüd ala bilər, ancaq bu o tələbənin imtahan nəticələrinə bağlıdır.

Verilən təqaüd sayı dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrin sayına əsasən müəyyənləşir.

Məsələn, bir kurs üzrə qəbul olunan 75 tələbənin 54-ü ödənişsiz əsaslarla təhsil alır. Bu, o deməkdir ki, ümumi olaraq 54 tələbənin təqaüd alma şansı var.

Hər semestr imtahanlarına həmin 75 tələbə arasında ÜOMG balı ən yüksək olan 54 tələbə təqaüd almaq imkanı əldə edir.

Nəticəsi digərlərindən yüksək olacağı təqdirdə ödənişli əsaslarla təhsil alan tələbə də təqaüdə düşə bilər.

ÜOMG – bir semestr ərzində keçirilən bütün fənlər üzrə tələbənin topladığı balların ümumi ortalamasıdır.

Yeni sərəncama əsasən, tələbələrin təqaüdü 204 manatdan 275 manata çartdırılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button