2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dollar 3 manat olsa kommunal xidmətlər…

Azərbaycan milli valyutası manat dollara nisbətdə ucuzlaşmaqda davam edir.

24saat.org  xəbər verir ki, Mərkəzi Bankdan (AMB) verilən məlumata görə, AMB-də Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracda manatın orta çəkili məzənnəsi 1,9165 səviyyəsində formalaşıb.

Bir sıra iqtisadçı-ekspertlərin proqnozuna görə, ilin sonuna qədər dollar 3 manat səviyyəsində olacaq. Hazırda reallıq bundan ibarətdir ki, dollar 2 manata sürətlə yaxınlaşır.

Saytların yığılması Saytlarin yigilmasi

Manatın kəskin ucuzlaşmasından sonra kommunal xidmətlərin tariflərində xeyli bahalaşmanın olduğunu nəzərə alsaq belə bir sual yaranır: Dollar 3 manat olarsa, kommunal xidmətlərin və metronun tariflərində bahalaşma gözlənilirmi?

Sualı cavablandıran “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı bildirdi ki, hazırda suyun qiymətinin qalxması gündəmdə deyil. Dollar kəskin bahalaşsa belə, suyun tariflərində artım olmayacaq.

“Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev də qeyd etdi ki, təmsil etdiyi qurum tariflərin artırılması ilə bağlı hələlik heç bir təşəbbüs göstərmir.

“Lakin hər şey Tarif Şurasının qərarından asılıdır. Biz şuranın verdiyi qərarlara tabe oluruq”, – T.Mustafayev qeyd etdi.”

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə hazırda metroda sərnişinlərin daşınmasının indi tarifdən baha başa gəldiyini bildirdi.

“”Bakı Metropoliteni” dövlət dotasiyası hesabına xərclərini bağlayır. Qurum rəhbərliyi qiymətlərin artması ilə bağlı Tarif Şurasına müraciət etməyib və hazırda belə plan yoxdur”, – Nəsimi Paşayev dedi.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbəliyev də qeyd etdi ki, qazın qiymətinin artırılması hələlik gündəmdə deyil və bununla bağlı Tarif Şurasına müraciət edilməyib.

istipress

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button