2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Dollar bahalaşacaq” – “Dolların manata nisbətində real məzənnəsi 2 manatdan çoxdur

“Qısa müddətdə dolların bahalaşacağı və ya bahalaşmayacağını dəqiq kimsə deyə bilməz. Amma uzun müddətli perspektivdə, yəni 1-2 ilə dollar, əlbəttə, bahalaşacaq”.

az24saat.org-un xəbərinə görə, bunu hüquqşünas Əkrəm Həsənov deyib.

Ə.Həsənov qeyd edib ki, neftin qiyməti kəskin şəkildə düşüb, dünyada dərin böhran yaranıb: “Mərkəzi Bank əvvəlki illərdə nəyin bahasına olusa-olsun devalvasiyaya getməməyə üstünlük verdi. Buna görə də valyuta ehtiyatlarımız əridi. İndi də bu yolla davam etsək, valyuta ehtiyatlarımız tükənəcək. Devalvasiya qorxusuna görə biznes kreditləşdirilməsi, demək olar ki, dayanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında deyib ki, banklar biznes kreditləri verməlidirlər. Düşünürəm, devalvasiyaya getmək lazımdır ki, ölkədə kreditləşmə davam etsin. Dolların manata nisbətində real məzənnəsi 2 manatdan çoxdur. Bunu dəqiq demək olmur, çünki dövlət statistikasına etimad yoxdur, valyuta ehtiyatlarının həqiqi dəyərini bilmirik. O valyuta ehtiyatlarının xeyli hissəsi qiymətli kağızlara, daşınmaz əmlaklara qoyulub ki, bunların da qiyməti düşüb. Hazırda qiyməti enməsi hansı səviyyədədir, deyə bilmərik. Koronavirus pandemiyası ilə əlaqədar dövlətin yükü artıb, işsizlərə birdəfəlik ödəmələr verilir, sahibkarlara müəyyən yardımlar edilir. Belə olan halda milli valyutanın məzənnəsini qoruyub saxlamaq düzgün deyil. Düşünürəm, manatı əvvəl-axır üzməyə buraxmaq lazımdır, qoy bazar müəyyən etsin”.

Pravda.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button