2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Dollar bahalaşacaqmı? – RƏY

Son bir ayda dollar manatla müqayisədə ardıcıl olaraq bahalaşıb.  ANS PRESS-in məlumatına görə, əgər mayın 26-da dolların rəsmi məzənnəsi 1,49 manata bərabər idisə, iyunun 24-də bu, 1,5332 manata bərabər olub və bu günə kimi də məzənnə dəyişməyib.

Beləliklə, keçən bir ay müddətində dollar manat qarşısında 2,9%-ə qədər bahalaşıb. Bu məsələnin diqqəti ən çox çəkən tərəfi dolların ardıcıl olaraq bahalaşmasıdır. Yəni keçən bir ay müddətində bir dəfə də olsun dollar ucuzlaşmayıb. Bu, bir çox analitiklərdə dolların ilin sonuna kimi durmadan bahalşacağı barədə ehtimallar oyadır. Bu çərçivədə səsləndirilən fikirlər sırasında ilin sonuna kimi 1 dolların qiymətinin 1,8 manata qalxacağı, Mərkəzi Bankın (AMB)  və Dövlət Neft Fondunun (ARDNF) təkliflərinin ölkənin dollara olan tələbinin cəmi 20 faizini ödəməsi barədə ehtimallar yer alır.

Son bir ayda dolların manat qarşılığında məzənnəsinin dəyişməsi

Saytların yığılması Saytlarin yigilmasi
Son bir ayda dolların manat qarşılığında məzənnəsinin dəyişməsi

Ekspertlər tərəfindən səsləndirilən bu kimi fikirlər sadə vətəndaşlarda qorxu doğurur. Vətəndaş yenidən xərcləri maksimum azaldaraq  aldığı 500 manat maaşın  300 manatın dollara verməyə meylli olur. Bu, manata əlavə təzyiqlər yaratmaqla yanaşı, ölkənin ticarət dövriyyəsinin azalmasına səbəb olur ki, bu da öz növbəsində gəlirlərin azalması və bəzi sektorlarda iş yerlərinin bağlanması ilə nəticələnir.

Azərbaycanın keçmiş maliyyə naziri, professor Fikrət Yusifov ANS PRESS-ə müsahibəsində AMB və ARDNF-in ölkənin valyutaya olan tələbatını ödəyə bilmədiyi barədə deyilənlərə münasibət bildirib:

“Əslində, ölkədə dollara tələbat əvvəlki illərə nisbətən xeyli azalıb. 2014-2015-ci illərdə ölkə iqtisadiyyatının dollarlaşması ən yüksək həddə çatıb. Özünüz fikir verin, ölkədə əmanətlərin 81%-i, kreditlərin 50%-i dollarladır”.

Professorun sözlərinə görə, Azərbaycanda xarici valyutaya tələbin azalmasını göstərən digər səbəb idxalın azalmasıdır:

“İdxalın azalması da valyutaya olan tələbi azaldıb. Xarici valyutaya olan tələbatın azalmasının başqa bir səbəbi isə dövriyyədə manat kütləsinin az olması ilə bağlıdır. Azərbaycanın illik ümumi daxili məhsulu (ÜDM) 60 milyard manata yaxındır. Dövriyyədə olan pul kütləsi bunun 10 faizi, yəni 6 milyard manat ətrafında dəyişir. Normal şərtlərdə isə dövriyyədə olan manat kütləsi bundan bir neçə dəfə çox olmalıdır”.

Fikrət Yusifovun dediklərini Dövlət Gömrük Komitəsinin (DGK) göstəriciləri də təsdiqləyir. DGK-nin statistikasına görə,  2013-cü ildə Azərbaycana 10,7 milyard dollarlıq mal idxal edilib. 2014-cü və 2015-ci illərdə bu göstərici 9,2 milyard dollar ətrafında dəyişib. 2016-cı ilin ilk 4 ayında isə idxal 2,5 milyard dollar ətrafında olub. Bu göstərici 2015-ci ilin ilk 4 ayının göstəricisindən təxminən 1 milyard dollar azdır. Beləliklə, cari ildə idxalın 7,5 milyard dolları keçməyəcəyini düşünmək olar.

Son illərdə Azərbaycanın bəzi makroiqtisadi göstəriciləri (dollarla)

Son illərdə Azərbaycanın bəzi makroiqtisadi göstəriciləri (dollarla)

Uyğun olaraq ölkə üzrə dollar satışı da səngiyib. AMB-nin statistikasına görə, 2013 və 2014-cü illərdə ölkə üzrə valyuta satış təxminən 9,3 milyard dollar ətrafında dəyişib.  2015-ci ildə bu göstərici 3 milyard dollar artaraq 12,3 milyard dollara qədər qalxıb. 2016-cı ilin ilk 4 ayında isə bu göstərici cəmi 1,2 milyard dollar olub. Bu, 2015-ci ilin ilk 4 ayında qeydə alınmış dollar satışından  5 dəfəyə qədər azdır, ötən ilin ilk 4 ayında Azərbaycanda ABŞ valyutasının satışı 6,5 milyard dollara bərabər olmuşdu. Beləliklə, cari ildə dollar satışının, yəni dollara olan tələbatın 3,5 milyard dolları ötməyəcəyini güman etmək olar.

Bunu isə qarşılamağa ARDNF-in bu il bazara çıxaracağı vəsaitlər yetərlidir. 2016-cı ildə ARDNF-in xərcləri 8,2 milyard manata bərabərdir. Fond bu məbləği əldə etmək üçün indiki məzənnə ilə il ərzində bazara 5,4 milyard dollar çıxarmalıdır.

Azərbaycanda dollara ifrat həvəsin olmadığını kommersiya banklarında da müşahidə etmək mümkündür. Son aylarda banklarda dollar satışının yetərincə sərbəst olmasına baxmayaraq, əhalidə dollar almağa elə də ciddi maraq görünmür.  Yəni dolların bahalaşması üçün elə də ciddi səbəb yoxdur. Əgər dollar bahalaşacaqsa, bunun yalnız texniki yolla gerçəkləşdiriləcəyini düşünmək olar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button