2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Dollar ilin sonuna 2 manat olacaq

Ölkənin 10 iri bank dollar satışını dayandırdı

Ötən oktyabr ayının 17 və 18-də 1 ABŞ dolları 1.5969 manat səviyəsinədək düşmüşdü. Ötən 25 gün ərzində Dollar 0.09 manat və ya 5,6% bahalaşaraq bu gün 1.6869 manata qalxıb. Artıq bir çoxları dolların belə bir sürətlə qalxmasından narahatlıq keçirir.

“Marja”nın məlumatına görə, əgər, Mərkəzi Bankın müdaxiləsi olmasa və Dolların bahalaşması son 25 gündəki sürətlə davam edərsə, ilin sonunda 1 dollar 1.87-1.88 aralığındakı səviyyələrədək çıxa bilər. Dolların bahalaşmasının sürəti bir az aşağı olarsa belə, 1 dollar 1,8 manat səviyyəsinin üzərinə qalxa bilər. Bu ssenarilər reallaşarsa banklar 1 dolları 1 manat 90 qəpikdən baha satacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

Əgər Mərkəzi Bank və Neft Fondu birlikdə valyuta hərracında böyük məbləğdə valyuta satarlarsa Dolların bahalaşması səngiyə və ya düşə bilər.

Məsələ burasındadır ki, Mərkəzi Bank ehtiyatlarını maksimum qoruyub saxlamaq istəyir. 31.10.2016-cı il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 5,5 milyon dollar təşkil edib.

Dövlət Neft Fondu isə bildirib ki, Fond manata ehtiyacı olduqca dollar sata bilər.

Dolların məzənnəsinin qalxması Mərkəzi Banka və Neft Fonduna ehtiyatlarını az da olsa qorumağa kömək edir. Məzənnə yüksəldikcə, tələb olunan manat vəsaiti üçün Daha az dollar satılır.

Dollar satışı dayandırıldı

Bu gün dollar satmayan bankların sırasına daha 2-si əlavə olunub. Fins.az xəbər verir ki, “Bank of Baku” və “Bank Respublika” ABŞ valyutasının satışını dayandırıb.

Qeyd edək ki, bu günədək “Bank Respublika” dolları müəyyən limitlə satırdı. Dünən isə limiti tamamilə azaldaraq 100 dollar məbləğimdə müəyyən etmişdi. “Bank of Baku” isə son günlər valyuta satışını limitsiz həyata keçirirdi.

Lakin bu gündən satışı dayandırıb. Bankdan bildiriblər ki, əgər kassada dollar alınsa həmin həcmdə də satış olacaq. Xatırladaq ki, dünən Pakistan Milli Bankının Bakı filialı və Azərbaycan Sənaye Bankı valyuta satışını dayandırıb. Bundan öncə isə “Kapital Bank”, “VTB Bank” və “Paşabank” dollar satmaqdan imtina edib. Beləliklə, bu gün ABŞ valyutasını satmayan bankların sayı 10-a çatıb.

Dollar satmayan banklar bunlardır “Bank of Baku”, “Bank Respublika”, Pakistan Milli Bankının Bakı filialı, Azərbaycan Sənaye Bankı, Azər-Türk Bank, Ziraat Bank, “Naxçıvanbank”, “Kapital Bank”, “VTB Bank”, “Paşabank”.

Trampın müşaviri: “FED dekabrda uçot dərəcəsini artıracaq”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın iqtisadi müşaviri Devid Malpas Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) fəaliyyətini ciddi tənqid edib.

ABŞ-ın CNBC telekanalına müsahibəsində D. Malpas qeyd edib ki, FED-in fəaliyyətinin nəticələri qənaətbəxş deyil.  Bununla yanaşı, müşavir qeyd edib ki, tənzimləyici müstəqil siyasət yürüdür. “FED müstəqildir. Lakin problem ondadır ki, tənzimləyicinin nəticələri qənaətbəxş deyil. Bizim iqtisadi artım templərimiz olduqca aşağıdır. Məsələnin dərinliyinə baxmalı və onların nəyi düz etmədiyini anlamalıyıq”, – deyə o izah edib.

O bildirib ki, FED dekabrda keçiriləcək iclasda uçot dərəcəsini artıracaq: “FED dekabrda keçiriləcək iclasda statistik məlumatlara əsaslanacaq. ABŞ-da iqtisadi artım tempinin sürətlənməsinin bütün əlamətləri var”.

Müşavir qeyd edib ki, FED ABŞ-da iqtisadi artım tempinin ləngiməsinə səbəb olan qurumlardan  biridir.

D. Malpasın sözlərinə görə, D. Tramp prezidentliyi dövründə kiçik biznesdə məşğulluğun artmasına fokuslanacaq: “Buna tənzimləmənin artırılması və vergilərin azaldılması hesabına nail olmaq olar”.
(apa)

vahid-ehmedov-300x214

Millət vəkili Vahid Əhmədov isə hazırda bankların dollar satışını dayandırmasının səbəbini anlamır: «Mən bilmirəm ki, banklar dollar satışını niyə dondurub. Çünki satışa dollar çıxarılır. Neft Fondu və Mərkəzi Bank müəyyən məbləğdə vəsait ayırır. Dolların satışının dondurulması düzgün əməliyyat deyil. Amma ötən gün yaxın bir dost bankdan 45 min dollar vəsait götürdü, dəyişdi  və heç bir problem olmadı. Mərkəzi Bank vaxtında öz ehtiyatlarını qorumalı idi. İndi artıq gecdir. Manatı qorumağa heç ehtiyac yoxdur. Çünki manatın kursu üzən məzənnə üzrə müəyyən olunur və bazara dəyərini almalıdır. Ona görə də, vaxtında 11.2 milyard vəsaiti real sektora versəydilər, indi Azərbaycanda heç bir problem olmazdı».

Hazırda yaşananların fonunda manatı nə gözləyir? Biz dolların məzənnəsində hansı dəyişiklikləri görə bilərik?

Samir Əliyev: «Manat ucuzlaşmaqda davam edəcək»

samir-eliyev-iqtisadci

İqtisadçı Samir Əliyev bildirdi ki, manat ucuzlaşmaqda davam edəcək. S.Əliyevin sözlərinə görə, bu artıq müzakirə mövzusu deyil: «Manat real bazarını almayıb. Manatı indiki səviyyədə saxlamağa valyuta ehtiyatlarımız uzun müddət tab gətirə bilməz. Eyni zamanda manata təsir edən xarici və daxili faktorlar var. Xarici faktorlar neftin qiymətidir. Eyni zamanda FED-in qərarları da prosesə təsir edir. Amma FED ABŞ-da müstəqil qurumdur. FED hakimiyyətdə olanların göstərişlərini yerinə yetirmir. Onlar müstəqil qərar verirlər. Uçot dərəcəsini qaldırmaq üçün müəyyən tələblər var. Hətta Klinton seçilsəydi belə FED müstəqil qərar verəcəkdi. Ona görə Trampın müşavirənin deməyindən asılı olmayaraq FED qərarı müstəqil qəbul edəcək».

S.Əliyev onu da bildirdi ki, Dekabrda ABŞ-ın makro iqtisadi göstəriciləri məlum olacaq. Ondan sonra məlum olacaq ki, uçot dərəcəsi qaldırılacaq yoxsa-yox. İl ərzində FED səkkiz dəfə iclas keçirir. Dolların uçot dərəcəsi qaldırılmasa belə, manat ucuzlaşacaq. «Sadəcə olaraq uçot dərəcəsi qaldırılsa manata təzyiq artacaq. Manat ucuzlaşmalıdır. Mən yay ayında da demişdim ki, manat dollar qarşısında 1.80 ola bilər. Amma fövqəladə hadisə baş versə, manat daha çox ucuzlaşa bilər», deyə S.Əliyev vurğuladı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button