2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünyaİqtisadiyyat

Dollar ucuzlaşmağa başladı

Qlobal bazarların səbirsizliklə gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı və işsizlik göstəricisi açıqlanıb. Məlum olub ki, ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq may ayında 138 min artıb. İşsizlik nisbəti isə 4.3% olub.

Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, may ayında ABŞ iqtisadiyyatı (kənd təsərrüfatı xaricində) 138 min məşğulluq yaradıb. Halbuki gözləntilər 185 min artım istiqamətində idi.

Mayda ABŞ-da işsizlik göstəricisi 4,3%-ə düşüb. İqtisadçılar işsizliyin 4,4% olacağını proqnozlaşdırırdılar. Apreldə ABŞ-da işsizlik 4,4%-ə düşmüşdü.

Saytların yığılması Saytlarin yigilmasi

Orta saatlıq maaşlarda aylıq 0.2%, illik 2.6% artım olub. Gözlənti illik 2.6% artım idi.

Bildirək ki, ABŞ-da məşğulluğun proqnozdan çox aşağı artması dolları ucuzlaşdırıb. Bakı vaxtı ilə saat 16:40-a olan məlumata görə, Avro/Dollar məzənnəsi 0,55% qalxaraq 1.1277 səviyyəsini görüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button