2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Dollar yenidən bahalaşacaq

Dollar ucuzlaşmaqda davam edir. Belə ki, rəsmi məzənnələr bülleteninə əsasən, hazırda ABŞ dolları 1,7022 manat təşkil edir. Dollar ucuzlaşdıqca, əlində dolları olan əhali arasında ajiotaj yaranır. Ucuzlaşmanın davam etməsindən narahat olan əhali bu səbəblə əllərindəki dollarları manata çevirirlər.

Maraqlıdır, belə bir məqamda dolları olanlar nə etsin? Pulu dollarda saxlasın, yoxsa milli valyutada?

Sualla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirdi ki, vəsaitini dollarda saxlayan insanlar dünyanın hər yerində həmişə qazanır:

Saytların yığılması Saytlarin yigilmasi

“Hər hansı bir iş görmək, yatırım etmək istəyən insanlar pullarını manata çevirib saxlamaq istəyirlərsə, bu onların öz seçimidir. Amma sırf gələcəyə baxış üçün, əllərində olan vəsiti saxlamaq üçün düşünürlərsə, o zaman pulu dollarda saxlamaq daha məntiqidir. Çünki bu gün valyuta bazarında baş verənlər təbii proseslər deyil. Bu da uzun müddət davam edə bilməz. Bir müddətdən sonra iqtisadi aktivlik önə çıxarılacaq. Bunun üçün əlavə manat lazım olacaq. Manat kütləsi bazarda artdıqca, dolların dəyəri də artmağa başlayacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button