2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Dollara tələbat yenidən artacaq”

Azərbaycanda dollara tələbat yenidən artacaq. Bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. Onun sözlərinə görə, 2016-cı ilin yanvar-fevral aylarında Neft Fondu və Mərkəzi Bank birlikdə hərrac vasitəsilə 2 milyarddan 39 milyon çox dollar satıb. 2017-ci ilin eyni dövründə valyuta bazarına bir qədər çox – təxminən 2 milyard 80 milyon dollar yönəldilib. Bunun 793,4 milyon dolları hərrac vasitəsilə satılıb, qalanı isə (2279 milyon manat) makroiqtisadi sabitlik üçün Mərkəzi Bankda köçürülüb. Mərkəzi Banka köçürülən vəsaitin təxminən 300 milyon dollardan çox hissəsi onun valyuta ehtiyatlarına yönəldilib. Buna baxmayaraq təxminən 1,8 milyard dollar valyuta bazarında sabitliyin qorunmasına xərclənib. Üstəlik bir sıra sərt inzibati tədbir – pul kütləsinin sıxlaşdırılması, dövlət xətti ilə idxalın məhdudlaşdırılması, nağd əməliyyatların məhdudlaşdırılması, kapital axının minimuma endirilməsi tədbirləri manata dəstək verib.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspert bildirir ki, bu qədər məhdudlaşdırıcı tədbirlərin fonunda bazara yönəldilən dollar kütləsinin həcmində ötən illə müqayisədə ciddi azalma baş verməyib. Daxili tələb və xarici öhdəliklər dollara tələbatın azalmasına imkan vermir: “Hazırda valyuta bazarının yeganə donoru Neft Fondudur. Alternativ mənbələr isə yox dərəcəsindədir. Deməli, mövcud məhdudlaşdırmalar aradan qaldırılsa, bunların bir hissəsinin qaldırılması labüddür, dollara tələbat yenidən artacaq”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button