2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSEÇMƏXəbərlərİqtisadiyyat

Dolları “ucuzlaşdırma planı” baş tutmadı

Bir neçə gündür ki, qara bazarda dolların bahalaşlamsı müşahidə olunur. Doğrudur, bahalaşma əhəmiyyətli dərəcədə deyil. Lakin fakt budur ki, dollar yenə də manata nisbətdə “üzüyuxarı dırmanmağa” başlayıb. 

Yada salaq ki, 24saat.org saytı dolların ucuzlaşması barədə ötən həftə dərc etdiyi yazıda qeyd etmişdi ki, ucuzlaşma müvəqqəti xarakter daşıyır və iqtisadi əsasaları yoxdur. Hökumət inzibati üsullarla manatı möhkəmləndirir. Bu sıraya banklara dollar satışını qadağan etməkdən tutmuş idxal məhsulların məhdudlaşdırılmasına qədər bütün mümkün administativ üsullar daxildir.
24saat.org həmin yazıda elspertlərə istinadən dolların yaxın vaxtlarda yenidən bahalaşacağını qeyd etmişdi. Yazdıqlarımız təsdiqini tapmaqdadır.
Əlavə olaraq redaksiyamıza sızan yeni məlumatlarda iddia olunur ki, İslam Oyunları və Formula 1 yarışlarından sonra dollar sürətlə bahalaşa bilər. Söhbət ikinci devalvasiyaya bərabər bahalaşmadan gedir. Bildirilir ki, bu oyunların ərəfəsində dolların manata indiki nisbətində ciddi artım olması hökumətin marağında deyil.
Hökumət oyunlara görə ölkəyə xeyli turist gələcəyinə və təbii ki, Azərbaycana külli miqdarda xarici valyuta daxil olacağına ümid edir. Lakin bununla belə, hökumət yenə də indiki status-kvonu saxlaya bilmir.
Ona görə də cüzi bahalaşmaya imkan verir. Eksperlər bildirir ki, bu fakt dolların yaxın gələcəkdə rekord həddə bahalaşacağı barədə iddiaların əsassız olmadığına şübhələri artırır.
Ekspertlər bildirir ki, hökumətin maliyyə siyasətində nağdsız hesablaşmalara rəvac verməsi müvəqqəti olaraq manat qıtlığı yaratmaqla dolların irəli sıçramasının qarşısını almağa xidmət edir.
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button