2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏCəmiyyətİqtisadiyyat

Dollarla krediti olanların diqqətinə – Problemdən xilas olmaq yolu tapıldı

Dollar bahalaşdıqdan sonra bu valyuta ilə kredit götürən şəxslərin vəziyyəti ağırlaşıb.

Bankların təklif etdikləri alternativlər vətəndaşları qane etmir. Onlar iki şərt irəli sürür: artan kredit ya manatla ödənilsin, ya da müddət uzadılsın. Bu da heç bir halda vətəndaşın cibindəki məbləğlə uyğunlaşmır. Hər iki halda vətəndaş soyulub soğana çevrilir. Təbii ki, soyulacaq nəsə qalıbsa…

Saytların yığılması Saytlarin yigilmasi

Belə olan halda isə vətəndaş krediti ödəməkdən imtina edir. Faizlər çoxalır, götürülən kreditin məbləği 3-4 dəfə artır. Nəticədə, bank birdəfəlik əmlakı müsadirə edir. Belə halla qarşılaşan vətəndaş nə etməlidir?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Qubad İbadoğlu bildirib ki, krediti ödəyə bilməyən şəxslər ilk növbədə banka müraciət etməlidir:

“Banka bununla bağlı ərizə təqdim etməlidir. Burada həmin şəxsin ödənişləri barəsində məlumatlar, onların surətləri əlavə olunmalı, möhlət tələb olunmalıdır. Eyni zamanda, bankdan bu problemin həlli ilə bağlı güzəşt istənilməlidir. Bankdan müsbət cavab alınmazsa, problem məhkəmə müstəvisinə çıxarılmalıdır. Mövcud bankların şərtlərinə əsasən, müştərilər həmin borcu ödəmək məcburiyyətindədirlər. Ona görə də, o borcu tam şəkildə olmasa da, qismən, müştərinin maliyyə durumuna müvafiq olaraq ödəmək məsləhətdir”.

İqtisadçı qeyd edib ki, bu gün banklarla əlaqəli məhkəmələrdə 180 min iş var. Bunların çoxu da elə dollar kreditləri ilə bağlıdır:

“Bu kreditlərin qaytarılması məsələsinə dövlət müdaxilə etməlidir. Çünki bu, bank və müştəri səviyyəsində həll olunacaq məsələ deyil. Dövlət problemli kreditlərlə bağlı agentliklər yaratmalı, bu kreditlər qruplaşdırılmalıdır. Onların bəziləri qaytarıla biləndi. Bəziləri ümidsiz borclar, bəziləri isə iqtisadi borclar siyahısına daxil olmaldır. Qaytarılması mümkün olmayan kreditlərlə bağlı dövlətin siyasəti bərpa olunmalıdır. Dövlət nəzərə almalıdır ki, hazırda manatın devalvasiyasından yaranan xərci yalnız müştəri qarşılaya bilməz. Bu xərci dövlət ödəməlidir. Onu bankların üzərinə qoymaq da düzgün deyil. Ona görə də, dövlət mərhələli şəkildə bu problemi həll etməlidir”.

İqtisadçı eyni zamanda əlavə edib ki, məsələni həll etməyin yollarından biri də fiziki şəxslərin müflisləşməsi haqqında qanunun qəbul olunmasıdır:

“Həmin qanun borcunu ödəyə bilməyən fiziki şəxslərin məhkəməyə müraciət etməsinə imkan verməlidir. Xarici ölkələrdə bu problemlə qarşılaşan dövlətlər hökumətin müdaxiləsi nəticəsində problemin həllinə nail ola biliblər. Düşünürəm ki, bununla əlaqəli Parlamentlə Mərkəzi Bank, digər əlaqəli dövlət orqanları, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası birgə işçi qrupu yaradaraq, qısa zamanda fəaliyyətə başlamalıdır. Əks təqdirdə, bu vəziyyət getdikcə ağırlaşacaq, təsirindən ən çox əziyyət çəkən də elə iqtisadiyyat olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button