Cəmiyyət

Dombasda vuruşmuş belarusluya Çexiyada 21 il cəza verilib

Çexiya apellyasiya məhkəməsi belarusiyalı Aleksey Fadeevi Ukraynanın şərqindəki müharibədə iştirak etdiyinə görə 21 il həbs cəzasına məhkum edib.

Rusiyapərəst separatçıların tərəfində vuruşan 41 yaşlı Belarus vətəndaşı terrorizmdə təqsirli bilinir.

Bu barədə Novinky.cz xəbər verir. Fadeev uzun illərdir Çexiyada yaşayır. Məlumata görə, o, 2014-cü ilin oktyabrından 2016-cı ilin mayına qədər separatçı qrupları dəstəkləmək üçün dəfələrlə Donbasa gedib, separatçı birləşmələrdən birinin silahlı qüvvələrində xidmət edib.

Birinci instansiya məhkəməsi buna görə onu 4,5 il həbs cəzasına məhkum edib. Həmin vaxt  məhkəmə Fadeevin döyüşlərdə iştirak etmədiyini və yalnız köməkçi iş gördüyü qənaətinə gəlib. 

Lakin prokurorluq bu qərardan apellyasiya şikayəti verib. Müdafiəçisi müdafiə etdiyi şəxsin müharibədə döyüşmədiyini və bu sisə ittihamların onun üzərindən götürülməsini israr edib guya o, cəbhə bölgəsindəki döyüşlərdə iştirak etməyib. Fadeevin Ukraynaya mülki əhalini qorumaq üçün getdiyi iddia edilir.

 

 

24 saat” “Dombasda vuruşmuş belarusluya Çexiyada 21 il cəza verilib” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button