2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Donald Trump “qadını səkkizayaqlı kimi sığallayıb”

ABŞ mediasında bir neçə qadının ittihamlarından sonra Donald Trump yersiz cinsi əlaqə ittihamları ilə üzləşib.

İki qadın New York Times qəzetinə deyib ki, Respublikaçıların prezidentliyə namizədi onları sığallayıb və ya öpüb.
People jurnalının müxbiri öz başına gələnləri təsvir edərək bildirib ki, o, daşınmaz əmlak maqnatı tərəfindən məcburi öpülüb.
Cənab Trump-ın kampaniyası bu ittihamları rədd edərək New York Times qəzetinin məqaləsini “böhtan” adlandırıb.
Qəzet bildirib ki, məqalənin arxasında dayanır.
Ötən həftə 2005-ci ilə aid paylaşılmış videoda cənab Trump-ın qadınları əlləməyə dair təhqiredici sözlər işlətdiyi göstərilib.
O, ictimaiyyətin tənqid etdiyi həmin videoya görə üzr istəyib və o danışığın “oğlanlar arasında çənəvurma” kimi nəzərdə tutulduğunu qeyd edib.
Bu hadisədən sonra bir sıra respublikaçılar, o cümlədən Nümayəndələr Palatasının spikeri Paul Ryan cənab Trump-dan uzaqlaşıb.
Hərçənd ki, cənab Trump-ın istefasını istəyən Konqresin 4 respublikaçı üzvü indi onun tərəfinə keçib.
Manhattanda yaşayan 74 yaşlı Jessica Leeds New York Times qəzetinə deyib ki, o bir dəfə New Yorka uçan təyyarədə Trump-ın yanında əyləşib və həmin zaman Trump qoltuqaltını qaldıraraq onu oxşamağa başlayıb.
“O, səkkizayaqlı kimi idi… onun əlləri hər yerdə idi”.
tr
tre
Həmin vaxt 38 yaşında olan xanım Leeds deyir: “Bu, hücum idi”.
Republican US presidential nominee Donald Trump speaks at a campaign rally in Lakeland, Florida, U.S., October 12, 2016Image copyrightREUTERS

Manhattan-da Trump TowerImage copyrightGETTY IMAGES

Saytların yığılması Saytlarin yigilmasi

Rachel Crooks isə bildirib ki, o 22 yaşında daşınmaz əmlak şirkətində qəbul otağında katibə işləyərkən prezidentliyə namizəd onu Trump Tower binasının kənarındakı liftdə dodaqdan öpüb.
“Bu, yersiz idi,” xanım Crooks qəzetə deyib.
“Elə təəssüflənirdim ki, o düşünür ki, mən buna layiq olacaq qədər əhəmiyyətsizəm”.
Qadınlardan heç biri cənab Trumpdan polisə şikayət etməyib, amma ailələri və dostları ilə bölüşüb.
Yazar Natasha Stoynoff isə People jurnalında 2005-ci ildə Trumpların toylarının ilk ilinə həsr olunmuş müsahibə vaxtı başına gələnləri yazıb.
Cənab Trump deyib ki, ona Floridada yerləşən evlərini, xüsusilə bir “yekə” otağı göstərmək istəyir.
uh
“Biz otağa girdik və Trump qapını arxadan bağladı. Geriyə çevriləndə saniyələr içində məni divara sıxaraq öpməyə çalışdı”, xanım Stoynoff yazıb.
Trumpın sözçüsü deyib ki, People-dakı məqalə “nə ləyaqətlidir, nə də həqiqi”.
Başqa bir qadın, indi 36 yaşında olan Mindy McGillivray, Palm Beach Post qəzetinə deyib ki, 2003-cü ildə 23 yaşında ikən Trump onu Mar-a- Lago klubunda sığallayıb.
Həmin gün xanım McGillivray ilə birgə klubda olan fotoqraf Ken Davidoff da hadisəni təsdiqləyib.
Cənab Trump-ın komandası bu ittihamları da rədd edib.
Clintonun kampaniyası bəyan edib ki, New York Times qəzetininin “narahatedici” məqaləsində təsvir edilənlər təəssüf ki, “bizim Donald Trump-ın qadınlarla rəftarı haqqında bildiklərimizlə uyğun gəlir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button