2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Donbasda Rusiyanın hücumu onun planı üzrə getmir?

Pentaqon rəsminin fikincə, paytaxt Kiyevi zəbt etmək planları iflasa uğradıqdan sonra Rusiya qoşunları yalnız cüzi və nizamsız irəliləyişə nail ola bilib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Ukraynanın Donbas regionu üzərində nəzarətin tam ələ alınması üçün apardığı hərbi kampaniya Moskvanın qrafikindən geri qalır.

BBC Pentaqon rəsmilərindən birinə istinadən yazır ki, Rusiya qüvvələrinin Donbas regionundakı hücumu ləng və zəifdir.

Həmin rəsminin fikincə, paytaxt Kiyevi zəbt etmək planları iflasa uğradıqdan sonra Rusiya qoşunları yalnız cüzi və nizamsız irəliləyişə nail ola bilib.

Pentaqon rəsmisinin sözlərinə görə Rusiya qoşunları arxa cəbhədəki təchizat xəttindən aralı düşməkdən çəkinir:

“Biz inanırıq ki, onlar daha davamlı, daha geniş və daha uzunmüddətli hücuma hazırlaşmağa çalışırlar”.

Azı bir neçə gün gecikmə

Pentaqon inanır ki, Rusiya qoşunları onlar üçün qoyulmuş hədəfdən ən azı bir neçə gün geri qalır.

Hazırda Rusiyanın Ukraynanın şərqində və cənubunda 92 batalyon taktiki qrupu var.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə bu qüvvələrin böyük bir qismi sərhədin Rusiya tərəfində qalır.

Pentaqon bildirir ki, müdaxilənin ilk fazasında məruz qaldıqları ağır itkilərə görə bu taktiki qruplar artıq tam güclərində deyillər.

Rusiyanın canlı qüvvəsi tükənir

Bu arada Londondakı King’s College universitetinin hərbi eksperti, professor Mayk Martin bildirib ki, Rusiyanın Donbasdakı hücumu artıq divara dirənib və region uğrunda döyüşlər bir neçə həftə ərzində başa çata bilər.

Hərb araşdırmaları professoru deyib:

“Əslində Rusiyanın canlı qüvvəsi tükənəcək və ukraynalıların əks-hücumu başlanacaq”.

Ekspert inanır ki, Rusiya Donbası ələ keçirmək üçün yeganə imkanını artıq tükəndirib:

“Onlar artıq döyüşdə əzişdirilmiş qüvvələrini Kiyev ətrafından çıxararaq onları şərqdə yenidən döyüş üçün qruplaşdırmağa çalışıblar”.

“Strateji dəyişiklik”

Professoir Martinin fikrincə bu qüvvələr artıq tam gücü ilə döyüşəcək vəziyyətlərində deyillər.

24 saat” “
Donbasda Rusiyanın hücumu onun planı üzrə getmir?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button