Loading...
Loading...
Dünya

Donetsk yaxınlığında şiddətli döyüşlər gedir

Prezidentin müşaviri Oleksey Arestoviç müsahibəsində deyib ki, Rusiya qüvvələri Piskiyə girmək istəsələr də “buna nail olmayıblar”

Ukraynanın şərqi Piski şəhərində, Donetskdən 10 km şimal-qərbdə şiddətli döyüşlər getdiyi xəbər verilir.

“Piskidə vəziyyət gərgindir. Şəhər bizimdir, ancaq şimalda və qərbdə dağınıq müqavimət ocaqları qalır”, – qondarma “Donetsk Xalq Respublikası” adlı qurumun separatçılarından biri Danil Bezsonov avqustun 11-də Telegram-da yazıb.

Ukrayna rəsmiləri şəhərin onların nəzarətində olduğunu deyirlər. Prezidentin müşaviri Oleksey Arestoviç müsahibəsində deyib ki, Rusiya qüvvələri Piskiyə girmək istəsələr də “buna nail olmayıblar”.

Tərəflərdən heç birinin dediyini müstəqil təsdiqlətmək mümkün olmayıb.

Luqanska əlavə qüvvələr göndərilir

2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edən Moskva Donbasdakı Donetsk və Luqansk vilayətlərinin sepratçılarını dəstəkləməyə başlayıb.

Luqanskın Kiyevin dəstəklədiyi qubernatoru Sergey Qayday avqustun 10-da deyib ki, Rusiya ərazidəki qüvvələrini artırır, Kremlə bağlı Vagner özəl təhlükəsizlik şirkətindən xeyli muzdlu da göndərir.

Avqustun 10-da Dnepropetrovsk vilayətində də intensiv atışma olub. Prezident Volodimir Zelenskinin aparat rəhbəri Andrey Yermak Rusiya qüvvələrini Zaporojye AES yaxınlığına hücumlarda suçlayıb. O deyib ki, Rusiya qüvvələri Ukraynanın ətraf mühit fəlakətinə səbəb olmamaq üçün cavab atəşi aça bilmədiyini bilirlər.

Rusiya bu iddiaları şərh etməyib. Ukrayna tərəfin bəyanatlarını müstəqil təsdiqlətmək də mümkün deyil. Moskva müharibədə dinc sakinlərə bilərəkdən atəş açmadığını deyir.

24 saat” “
Donetsk yaxınlığında şiddətli döyüşlər gedir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Talibanın hakimiyyətdə bir ili: hansı fraksiya söz sahibidir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button