2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Donetskdə, Xarkovda döyüşlər gedir

Prezident Volodimir Zelenski avqustun 16-da gecə müraciətində işğal olunmuş ərazilərdə yaşayan ukraynalıları Rusiya ordusunun hərbi obyektlərindən uzaq durmağa çağırıb

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya qüvvələri Xarkovda mülki yaşayış məskənlərini atəşə tutur, eyni zamanda şərqi Donetsk vilayətində irəliləməyə çalışır. Məlumatı Ukrayna ordusu avqustun 17-də yayıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Rusiya qüvvələri Xarkov vilayətində Starıy Saltiv və Mospanovoy yaxınlığına raket və artilleriya zərbələri endiriblər. Rusiyalıların döyüşlərin getdiyi Lebyaje və Bazaliyivka yaxınlığında da hücuma keçdiyi xəbər verilir.

Rusiya əsgərləri Donetskdə Bohorodiçne yaxınlığında irəliləməyə cəhd göstərsələr də geri çəkilməli olublar. Mazanivka və Novodmitrivka yaxınlığında da döyüşlərin davam etdiyi bildirilir.

Ukrayna ordusu bildirir ki, rusiyalılar Baxmut və Novopavliv istiqamətlərində hücumlara diqqət ayırırlar, Kramatorsk və Avdiyivka istiqamətində taktiki mövqeyi möhkəmləndirməyə çalışırlar.

Sabotaj etirafı

Donetskin qubernatoru Pavlo Kirilenkonun avqustun 17-də dediyinə görə, son 24 saat ərzində Rusiya qüvvələrinin açdığı atəşdən iki dinc sakin öldürülüb, yeddi nəfər yaralanıb.

Rusiyanın Müdafiə Nazirliyi isə avqustun 16-da işğal olunmuş Krımda sursat anbarında partlayış nəticəsində azı iki nəfərin xəsarət aldığını, yaxınlıqda yaşayan minlərlə sakinin evakuasiya olunduğunu bildirib.

Nazirlik partlayışa sabotajı səbəb göstərib. Bu, Ukraynaya sadiq silahlı qrupların Moskvanın nəzarət etdiyi ərazilərdə hərbi logistikaya, təchizat xətlərinə zərbə vurmasının az rastlanan etirafı sayılır.

Ukrayna rəsmiləri insidentlərə görə birbaşa məsuliyyət götürməyib. Ancaq baş verənlərdə Kiyevin əlinin olması ehtimal edilir.

Rusiya Krımı 2014-cü ildə ilhaq etsə də, beynəlxalq səviyyədə Ukrayna ərazisi kimi tanınır. Moskva yarımadaya hər hansı hücuma sərt reaksiya veriləcəyini bildirib.

Zelenskinin müraciəti

Prezident Volodimir Zelenski avqustun 16-da gecə müraciətində işğal olunmuş ərazilərdə yaşayan ukraynalıları Rusiya ordusunun hərbi obyektlərindən uzaq durmağa çağırıb.

“Hər gün və hər gecə işğalçıların müvəqqəti tutduğu ərazilərdə partlayış xəbərləri eşidirik”, – deyən Zelenski partlayışlara görə məsuliyyət götürməyib, onların müxtəlif səbəblərdən, o cümlədən səriştəsizlik ucbatından törənə biləcəyini söyləyib.

Britaniya Müdafiə Nazirliyinin gündəlik bülletenində deyilir ki, partlayışların səbəbləri aydın olmasa da, insidentlərin rusiyalı komandirlər arasında təlaşı artırması “ehtimalı böyükdür”.

Dünənki insidentlərdən bir həftə qabaq Krımın qərbində, Rusiyanın Saki aerodromunda partlayışlar baş verib, Rusiyanın bir neçə hərbi təyyarəsi dağılıb.

24 saat” “
Donetskdə, Xarkovda döyüşlər gedir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button