2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Dopinq məsələsini kanadalı araşdıracaq

Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyaya qarşı dopinq iddialarını araşdırmağa kanadalı hüquqşünası təyin edib. İddialara görə, 2014-cü il Soçi Qış Olimpiadasında rusiyalı atletlər dövlətin nəzarəti altında dopinq qəbul ediblər.

WADA prezidenti Craig Reedie mayın 19-da deyib ki, Richard McLaren ABŞ-ın “New York Times” qəzetinin və CBS şəbəkəsinin yaydığı iddiaları araşdıracaq.

McClaren ötən il WADA-nın 3 nəfərdən ibarət komissiyasında çalışıb, komissiya Rusiya yüngül atletlərinin dopinqdən istifadəsini üzə çıxarmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Onun təyinatı bu araşdırmada maraqlar toqquşması sarıdan narahatlıq yaradıb. Belə ki, WADA-nı Beynəlxalq Olimpiya Komitəsi (BOK) maliyyələşdirir.

“The New York Times” keçmiş rusiyalı rəsminin müsahibəsini dərc etmişdi, o, rusiyalı atletlərin dopinqli analizlərinin necə gizlədildiyini təsvir edirdi.

BOK bildirib ki, Soçi Olimpiadasındakı bütün nümunələr yenidən yoxlanacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button