2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dopinq qalmaqalı Cahangir Əsgərovu bitirə bilər

«Azal» prezidenti hakimiyyətin idman siyasətinin ifşa olunmasından ciddi narahatdır

Azərbaycan ağırlıqqaldıranları ilə bağlı dopinq qalmaqalı “Azal” prezidenti Cahangir Əsgərovun karyerasını bitirə bilər. Məlumat üçün deyək ki, artıq 4 idmançımızın Rio-de-Janeyro Yay Olimpiya oyunlarına lisenziyası ləğv olunub. Məlumatlara görə, bu olay həm də Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti olan Cahangir Əsgərov üçün ciddi başağrısına çevrilib.

Saytların yığılması Saytlarin yigilmasi

Redaksiyamıza daxil olan məlumata görə, Cahangir Əsgərov özü də baş verənlərin fərqindədir və ciddi-cəhdlə qalmaqalın ört-basdır edilməsinə çalışır. Lakin onun səylərinin bir nəticə verəcəyi inandırıcı görünmür. Çünki artıq qəti qərar qəbul edilib. Baş verənlər faktiki olaraq Azərbaycan hakimiyyətinin idman siyasətinin ifşasıdır. Cahangir Əsgərovun da narahatlığı məhz bununla bağlıdır. “Azal” prezidenti anlayır ki, bu biabırçılıq ona baha başa gələ bilər.

Azərbaycan idmançıları ilə bağlı dopinq qalmaqalına AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli də münasibət bildirib. Əli Kərimli bu barədə “Facebook” səhifəsində yazıb: “Təəssüf, ”idman dövləti” olmaq arzumuz da belə suya düşdü. Dünya çempionatında, Olimpiya Oyunlarında ölkəmizin adına qazanılan medallar bir-bir əldən çıxır, saxta elan olunur. Xeyli idmançımız dopinq testindən keçə bilmir. “Analoqsuz inkişafımız” dalana dirənəndən sonra millətin başını qatırdılar ki, indi də “idman dövlətiyik”. Xalqın boğazından kəsərək, müxtəlif idman yarışlarının keçirilməsinə, xaricdən idmançıların pulla alınmasına xərclənən milyardları “idman dövləti” bəhanəsi ilə silirdilər. Bu nağılın da sonuna gəldik. Zamanı çatdıqca, bütün yalanları ifşa olunur. Qalır bu saxtakar və korrupsionerlərə qiymətlərini verib, layiq olduqları yerə göndərmək!”

Cəmil həsənli isə “Facebook” səhifəsində yazıb: “Idmanda dopinq qalmaqalı Azərbaycan hakimiyyətinin idman siyasətini də ifşa etdi. Məlum oldu ki, beynəlxalq yarışlarda Azərbaycan adına qazanılmış medalların bir hissəsi saxta imiş. Dopinq testindən keçə bilmədiklərinə görə çoxlu sayda Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları medallar alınıb onların rəqiblərinə verilib. Böyük biabırçılıqdır. Bu məsələnin beynəlxalq tərəfidir. Ancaq nəzərə almaq lazımdır ki, bu saxta medallara görə həmin idmançılara bir milyon, yarım milyon, 200-300 min manat və sair məbləğdə pul mükafatları, ayrı-ayrı nazirliklərin, idarə və müəssisələrin paketləri, qiymətli hədiyyələri, ev, maşın və sair verilmişdi. Hələ mən saxta çıxan bu idmançıların çoxunun ayrı-ayrı xarici klublardan satın alınmasına ödənilən böyük pulları demirəm. Indi bu medallar saxta çıxandan, çempion adları ləğv ediləndən, həmin idmançıların çoxu uzun müddətə beynəlxalq yarışlardan uzaqlaşdırıldıqdan sonra onlara bu saxta medallara görə dövlət büdcəsindən verilmiş iri məbləğdə pul mükafatlarının taleyi necə olmalıdır?”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button