2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dörd ildir havada qalan “Dədə Qorqud” sərəncamı

Dörd il əvvəl ölkə başçısı İlham Əliyev “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalamışdı. Sərəncamda  deyilirdi ki, “ 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un dünya elm aləminə tanıdılmasının 200 illiyi tamam olur” və “gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolunu nəzərə alaraq “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filmi çəkilsin.”

Sərəncama görə, filmin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılmışdı. Amma o gün, bu gün film çəkilişlərindən hələ də bir səs-soraq yoxdur. Filmin çəkilişi ilə bağlı hansı işlər görülüb? Əslində, müəyyən işlərin görüldüyü, ssenarinin yazıçı Anar tərəfindən yazılıb təqdim olunduğu, onun filmin rejissorluğuna Ramiz Həsənoğlunu namizəd göstərdiyi mətbuatda dəfələrlə yazılıb. Anar özü də etiraf edib ki,  “12 boya uyğun olaraq on iki seriyalı bədii filmin ssenarisini bitirib nazirliyə təhvil vermişəm.”

Saytların yığılması Saytlarin yigilmasi

Filmin rejissorunun Ramiz Həsənoğlu olacağına gəlincə…Ramiz müəllimə telefon açıb, məsələni bir daha dəqiqləşdirmək istədik. Peşəkar rejissor deyir ki, filmlə bağlı məsələ gündəmdə qalır, amma onun rejissor olaraq təsdiqlənməsi haqqında rəsmi qərar yoxdur. “Əsas olan mənim rejissorluq etməyim deyil, filmin çəkilməsidir. Çox istəyirəm ki, tariximizin önəmli parçası olan bu dastanın motivləri əsasında belə bir film çəkilsin. İnanıram da ki, çəkiləcək. Filmi yaxşı yaradıcı gənclər komandası ilə də çəkmək olar. Buna imkanı çatan gənc rejissorlarımız da var, yetərli aktyorlarımız da”- deyir Ramiz müəllim. Filmin çəkilişlərinin 4 ildən bəri hansı səbəbdən başlamaması ilə bağlı sualımıza cavab olaraq rejissor dedi ki, “görünür gündəmə daha prioritet məsələlər çıxdığına görə gecikir.”

“Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi də Mədəniyyət və Turizm Nazirliyindən filmin çəkilişi ilə bağlı əmr gəlməsini gözlədiklərini bildirir. Deyilənə görə, yalnız bundan sonra filmin rejissorunun kim olacağına qərar verilə bilər. Amma hələ heç serialın  çəkiliş planına nə zaman salınacağı haqda kimdəsə məlumat da yoxdur. O zaman ortaya maraqlı bir sual çıxır: ayrılan o 1 milyon manat hara xərclənib və yerinə yetirilməyən sərəncamı vermək nəyə lazım idi?

 

[youtube https://www.youtube.com/watch?v=5fAwVzJcT4w?feature=oembed&w=500&h=281]

 

Səadət Cahangir

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button