Gündəm

Dövlət büdcəsinin gəlirləri 7.5 faiz azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.5 faiz azalıb.

Bu barədə “Turan”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Göstərilən dövr ərzində dövlət büdcəsinin gəlirləri 9 milyard 735.2 milyon manat təşkil edib.

Dövlət büdcəsinin xərcləri isə 9 milyard 366.3 milyon manata bərabər olub ki, bu da illik müqayisədə 0.3 faiz azdır.

Məlumata görə, ölkənin dövlət büdcəsinin profisiti 368.9 milyon manat və ya ÜDM-in 1.2 faizini təşkil edib.

24 saat” “Dövlət büdcəsinin gəlirləri 7.5 faiz azalıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button