2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Dövlət Komissiyası: Ermənistan meyit qalıqlarını qarışıq verib

“Ermənistan tərəfi Azərbaycana meyit qalıqlarını qarışıq verib”.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, bu, meyitlərin kütləvi məzarlıqlarda basdırıldığını sübut edir: “Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Azərbaycan tərəfinə bəzi meyit qalıqları qaytarılsa da, hazırda onların kimliklərinin müəyyənləşdirilməsi prosesi gedir. Meyit qalıqları əsasən, qrunt suları, yeraltı suların keçdiyi ərazilərdən götürülüb. Ona görə də bu meyit qalıqlarından DNT nümunələri əldə etmək çox çətindir. Oradakı meyit qalıqlarının sayının nə qədər olacağı ilə bağlı son mərhələdə dəqiq məlumat olacaq”.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib ki, son bir ildə Ermənistan Azərbaycan tərəfinə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 108 nəfərin meyitinin qalıqlarını təhvil verib. O, yaxın günlərdə daha 2 meyitin qalığını təhvil verməyə hazırlaşdıqlarını da vurğulayıb. (APA)

Dövlət Komissiyası: Ermənistan meyit qalıqlarını qarışıq verib ” başlıqlı yazı pressklub.az saytından götürülüb

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button