2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Dövlət qulluqçularına Berdiməhəmmədovun oğluna səs vermək tapşırılıb

Son günlər yerli rəsmilər və dövlət qulluqçuları qapı-qapı gəzərək seçiciləri səsverməyə getməyə çağırırlar

Saytların yığılması Saytlarin yigilmasi

Türkmənistanın cənub-şərq vilayətində dövlət sektoru işçiləri və onların ailələrinə göstəriş verilib ki, prezident seçkisindən öncəki səsvermədə iştirak edərək indiki prezident Qurbanqulu Berdiməhəmmədovun oğluna səs versinlər.

Məlumatı AzadlıqRadiosu-na Marı vilayətinin sakinləri verib. Bu, ölkə rəsmilərinin 12 mart səsverməsilə manipulyasiya cəhdlərinə daha bir dəlildir.

Səsverməyə getməməyə görə yazılı izahat

Türkmənistanda vaxtından əvvəl prezident seçkisində məqsədin hakimiyyəti Berdihəmmmədovun oğlu Sərdara ötürmək olduğu düşünülür.

“Dövlət sektorunun bütün işçilərinə göstəriş verilib ki, martın 10-11-də səs versinlər. Erkən səsverməyə getməyənlər səbəbini yazılı şəkildə izah etməlidirlər”, – Marı şəhərinin bir sakini martın 10-da AzadAvropa/AzadlıqRadiosu-na deyib.

Təqib olunma qorxusundan sakinlər radioya anonimlik şərtilə danışıblar. Marının daha bir sakininin sözlərinə görə, yerli rəsmilər onlara “Sərdara, prezidentimizin oğluna səs verməyi” tapşırıb.

Seçki komissiyalarının əməkdaşlarına seçicilərin siyahıda Berdiməhəmmədovun adını tapmağa kömək etməsi tapşırılır. Bülletenlərdə 9 namizədin adı var.

Berdiməhəmmədovun planı

Türkmənistanda indiyədək heç bir seçki qərb müşahidəçiləri tərəfindən azad və ədalətli hesab edilməyib.

Qurbanqulu Berdiməhəmmədov hakimiyyətə 2006-cı ildə, uzun müddət prezident olmuş Saparmurat Niyazovun ölümündən sonra gəlib.

Müşahidəçilər əvvəlcə onun Niyazovdan daha yumşaq siyasət yürüdəcəyinə, neft-qazla zəngin ölkəni investisiya və xarici ticarətə açacağına ümid edirdilər. Amma Berdiməhəmmədov özünün avtokratik idarəçiliyini tətbiq elədi.

65 yaşlı Berdiməhəmmədov fevralda kənara çəkilərək hakimiyyəti “gənc liderlər”ə vermək istədiyini açıqlayıb. Bir gün sonra parlament erkən seçkinin gününü təyin elədi.

40 yaşlı Sərdar Berdiməhəmmədovun seçkini asanlıqla udacağı gözlənir. Digər namizədlərin səsverməyə gerçəklik görüntüsü vermək üçün marafona qatıldığı bildirilir.

Qapı-qapı gəzərək…

Son günlər yerli rəsmilər və dövlət sektorunun əməkdaşları qapı-qapı gəzərək seçiciləri səsverməyə getməyə çağırırlar.

Aşqabaddan bir sakin radioya deyib ki, “vərəqə paylayanlar seçicilərə Sərdar Berdiməhəmmədovə səs verməyi tapşırırlar”.

Sərdar son günlər seçki kampaniyası çərçivəsində vilayətlərə bir neçə səfər edib.

AzadlıqRadiosu-nun müxbirləri o keçən yolların təmir olunduğunu, yol boyunca yeni ağacların əkildiyini xəbər veriblər.

Sərdar atasının yerinə keçəcəyi halda, nəhəng təbii qaz resurslarına baxmayaraq, Orta Asiyanın ən təcrid olunmuş və yoxsul ölkələrindən birinə rəhbərlik edəcək.

24 saat” “
Dövlət qulluqçularına Berdiməhəmmədovun oğluna səs vermək tapşırılıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button