Xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri: “Azərbaycana qarşı törədilən təxribatların qarşısı qətiyyətlə alınacaq”

Loading...

Bakı/26.10.21  Azərbaycanın xüsusi xidmət orqanları ölkə vətəndaşlarının xarici ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirakını izləyir. Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin  rəisi Əli Nağıyev “Milli təhlükəsizlik” kursunun açılış mərasimində çıxışı zaman bildirib.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti  xarici xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətini neytrallaşdırmaq üçün tədbirlər görür.

Bununla əlaqədar o qeyd edib ki, Azərbaycanın bəzi vətəndaşlarının xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulması, onların silahlı münaqişə ocaqlarında iştirak etməsi, hərbi təlim keçməsi narahatlıq doğuran məsələlərdən biridir.

Bu şəxslərin gələcəkdə Azərbaycan ərazisində terror və təxribatçı hərəkətlər törətmək cəhdləri, Azərbaycanda sabitliyin pozulmasına və onun milli təhlükəsizliyinə qarşı yönələn bütün digər fəaliyyətlərin qarşısı qətiyyətlə alınacaq, Əli Nağıyev bildirib.—05D06-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button