2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Dövlət xəstə neftçiyə əlillik müavinəti verməkdən imtina edib

Bakı/10.02.22 İyulun 1-dən etibarən Azərbaycanda əlilliyin müəyyən edilməsinin yeni meyarları qüvvətə minəcək. Bu meyarlar beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilir, ÜST standartları, qabaqcıl xarici təcrübə, Aİ-nin “Fiziki və əqli əlillik dərəcələri reytinqi” sənədi əsasında tərtib edilib. Dünya Bankının, ÜST-ün, McKinsey beynəlxalq hüquq şirkətinin, Azərbaycan Səhiyyə Nazirliyinin mütəxəssislərinin təkliflərindən istifadə olunub, bu barədə Turan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Yeni meyarlar minlərlə vətəndaşı əlillik müavinətindən məhrum edir. Onlardan biri Nəriman Abdullayevdir (26 mart 1965-ci il təvəllüdlü). O, Turan agentliyinin redaksiyasına onurğa sütunu üçün korsetlə, əlil dəyənəyindən dəstək alaraq gəlmişdi. O, kömək istəyirdi. Qaradağ rayonunda, Sahil qəsəbəsində yaşayır, 1985-ci ildən etibarən Tamponaj İdarəsində Kompleks qazma işləri üzrə trestdə sürücü-motorçu və digər işlərdə işləyib.

1988-ci il noyabrın 2-də, Əmək Məcəlləsinə əsasən, işdən azad edilib, belə ki, ikinci qrup əlilliyə gətirib çıxaran peşə xəstəliyinə tutulub. Onun ayaqları tutulub. İki il yataq xəstəsi olub. Müalicə olunub və 1993-cü ildə yenidən işə qəbul olunub.

Saytların yığılması Saytlarin yigilmasi

2006-cı il dekabrın 31-də gecə Qum adası yatağında (Bahar buruqları quyusu) növbə dəyişikliyi zamanı qazma qurğusundan gəmiyə keçərkən eniş meydançası qırılıb və Abdullayev dənizə düşüb. Neftçini qazma qurğusunun altında uzun müddət axtarıblar, çətinliklə xilas ediblər. Abdullayev kürəyindən güclü zərbə alıb, o vaxtdan onurğa sütununda və belində dəhşətli ağrılar var.

2007-ci ilin oktyabrında Xəzər dənizində qazma quyularında onurğa sütunundan növbəti istehsalat xəsarəti alıb. Oktyabrın 22-də onurğa sütunundan əməliyyat olunub. Dəfələrlə stasionar xsətəxanalarda müalicə alıb.

2008-ci il iyunun 21-də onurğa sütununda istehsalat xəsarəti, peşə xəstəliyi və ikinci qrup əlillik səbəbindən işdən azad edilib. 15 ildən çox imtiyazlı iş stajına malikdir. 2008-ci il iyunun 21-dən 2021-ci il iyunun 24-nə qədər Abdullayev əlillik pensiyası alırdı.

Amma ötən il iyunun 24-dən etibarən ona pensiya verilməsi dayandırılıb. Abdullayev bütün instansiyalara müraciət edib, 23 saylı Qaradağ rayon xəstəxanasına aşağıdaki yeni təhlil nəticələrini təqdim edib:

–  MRT – maqnit-rezonans tomoqrafiya;

–  Elektromioqrafiya (EMQ).

– Müayinə rəyləri (Epikriz).

Bununla belə 23 saylı Qaradağ rayon xəstəxanasının baş həkimi dörd dəfə onu təkrar müayinəyə göndərib.

25.08.2021-ci il tarixindən 02.09.2021-ci il tarixinə qədər neftçi M.Əfəndiyev adına Xətai Tibb Mərkəzində müayinə keçib. Ona: Bel sütununun sol L4 köklərinin sıxılması (hemilyanin ektomiyasi). L4-L5 fəqərələri arasında yırtığın çıxarılmasından sonrakı vəziyyət, kürək fəqərələrinin osteoxondrozu. Uzunmüddətli kəskin ağrılı diskogen radikulopatiya. Sağ ayağın parezi. Ağır asteno-nevrotik vəziyyət diaqnozu qoyulub.

29.09.2021-ci il tarixindən 11.10.2021-ci il tarixinə qədər xəstə Əfəndiyev adına Tibb Mərkəzində təkrar müayinədən keçib. Yuxarıda sadalanan diaqnozlara L4-L5 fəqərələri arasında yırtığın çıxarılmasından sonra kürək fəqərələrinin diffuz osteoxondrozu diaqnozu əlavə olunub.

22 noyabr 2021-ci il tarixində o, eyni tibb mərkəzində üçüncü dəfə müayinə olunub. Yuxarıda qeyd edilən diaqnozlar təsdiqini tapıb.

31 yanvar 2022-ci il tarixində Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında dördüncü dəfə müayinə olunub. Diaqnozlar təsdiq edilib.

Qaradağ rayonu 23 saylı xəstəxananın baş həkiminin növbəti göndərişi ilə o, Respublika Əlillərin Bərpa Mərkəzində müayinə olunub, burada həkim-nevropatoloq ona belə deyib: ola bilər ki, bu il əlilliyə baxılması haqqında yeni fərman çıxsın.

“Bütün müayinələr dəfələrlə diaqnozumu təsdiq edib. Bununla belə, əlilliyimi təsdiq etmirlər və müavinət vermirlər. Onurğam zədələndiyi üçün işləyə bilmirəm, çətinliklə yeriyirəm. Belə çıxır ki, mən dolanışıq üçün vəasitsiz qalacağam. Mən nə edim? Acından ölüm?! Yayda yeni fərmanın çıxacağından da əmin deyiləm”, deyə Abdullayev bildirib.

Turan Nəriman Abdullayevin redaksiyaya gətirdiyi məktubu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərib. Elə həmin gün ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıblıdan cavab gəlib. O bildirib ki, Nazirliyin elektron sistemi tibb müəssisəsindən (23 saylı Qaradağ rayon xəstəxanası nəzərdə tutulur – müəllif) göndəriş tam tərtib edilmədiyinə görə Abdullayevə əlillik verməkdən imtina edib.

2022-ci il yanvarın 25-də Abdullayev Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müayinə olunub. Məlum olub ki, tibb müəssisəsinin onurğa sütununda zədələnmələr haqqında diaqnozu təsdiq edilmir. Ümumilikdə Abdullayevin vəziyyəti ona əlil statusunun verilməsi üçün əsas vermir, deyə nazirliyin məktubunda bildirilir.

Cavabda qeyd edilir ki, Azərbaycanda əlilliyin müəyyən edilməsinin yeni meyarları tətbiq edilir, daha əvvəl sağlamlıq vəziyyəti ilə əlaqədar müavinət alan bəzi insanlar bu meyarlara uyğun deyil. Əlilliyin müəyyən edilməsi üzrə yeni konsepsiya orqanizmdə faizlə ifadə olunan funksiya itkilərinin daha geniş spektrini əhatə edir. Qanunda “əlilliyin səbəbi və dərəcəsi” sözləri “funksiyaların itirilməsi faizi” termini ilə əvəz olunub. Mütəxəssislər bu faizləri müəyyən edərkən əlilin nə dərəcədə özünə qulluq etmək, sərbəst hərəkət etmək, qidalanmaq və digər təbii ehtiyaclarını təmin etmək imkanına malik olduğuna əsaslanır.

Təkrar attestasiya zamanı vətəndaşın əlil statusu olmadan normal yaşamaq iqtidarında olduğu müəyyən edilsə, onun daha əvvəl aldığı müavinətlər xəzinəyə qaytarılmır. Vətəndaşlar komissiyanın qərarından məhkəməyə şikayət vermək hüququna malikdirlər, deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib.

Turan Nazirlikdən cavab aldıqdan sonra Nəriman Abdullayevlə əlaqə saxlayıb.

“Onda qoy Nazirlik mənə fəaliyyət qabiliyyəti haqqında arayış versin və SOCAR-da əvvəlki işimə bərpa olunmağıma kömək etsin. Sosial müdafiə sahəsində işləyən məmurların məntiqinə əsaslansaq, başqa çıxış yolu yoxdur”, deyə Abdullayev bildirib. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button