2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçı təqsirsiz olduğunu deyir

Sərdar Babayev haqqında həbs qərarından Avropa Məhkəməsinə şikayət göndərilib

Dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçı Sərdar Babayevin ev dustaqlığına və ya girov müqabilində buraxılmasıyla bağlı vəkili məhkəməyə vəsatət vermişdi. Vəsatətə Səbail Rayon Məhkəməsində baxılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hakim İlkin Rüstəmlinin sədrliyilə keçirilən məhkəmə iclasında Sərdar Babayev özü də iştirak edib. O, dövlətə xəyanət ittihamını qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib. Vəkilinin vəsatətinin təmin olunmasını istəyib.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

İlahiyyatçının yaxınları Meydan TV-yə bildirib ki, qərardan apelyasiya şikayəti veriləcək.
Sərdar Babayev haqqında dövlətə xəyanət ittihamıyla həbs qətimkan tədbiri seçilməsi qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib. Çünki həmin qərardan ölkə daxilində verilən şikayətlər təmin edilməyib.

Sərdar Babayev oktyabrın 19-dan həbsdədir. O, İranın xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda, onların göstərişlərini yerinə yetirərək Azərbaycan əleyhinə fəaliyyətdə ittiham olunur.

Lakin ilahiyyatçı özünü təqsirli bilmir və həbsini siyasi motivli hesab edir. Ailə üzvlərinin sözlərinə görə, Sərdar Babayev özünü İranla Azərbaycan arasında gərginləşən münasibətlərin repressiya qurbanı hesab edir:
“İttihamları qətiyyən qəbul etmir. Bu səbəbdən ifadə verməkdən də imtina edib”.

1974-cü il doğumlu Sərdar Babayev 2017-ci ilin fevralında da həbs olunmuş, CM-in 168.1-ci (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsilə 3 il azadlıqdan məhrum edilmişdi.

O zaman iddia olunurdu ki, Sərdar Babayev ölkədən xaricdə dini təhsil alıb. Azərbaycanın mövcud qanunları isə onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi isə bildirirdi ki, Sərdar Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb.

Habelə, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxs də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə 2017-ci ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilərlər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button