2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Dövlət əmlakının özəlləşdirilmə qaydası dəyişir

Prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmanda deyilir:

Yeni iqtisadi reallıqda dövlət əmlakının qorunması və səmərəli idarə olunması məqsədi ilə, konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Müəyyən edilsin ki, dövlət əmlakının özəlləşdirilməsi Azərbaycan prezidentinin qərarları ilə həyata keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirlər Kabineti “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini (özəlləşdirilən dövlət əmlakının qiymətinin həmin əmlakın bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmaqla) iki ay müddətində hazırlayıb prezidentinə təqdim etsin;

Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini hər il növbəti büdcə ili üzrə dövlət büdcəsinin layihəsi ilə birlikdə prezidentinə təqdim etsin;

Cari ildə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini bir ay müddətində prezidentə təqdim etsin;

Əmlak Məsələləri Dövlət Komitəsinə isə bu fərman qüvvəyə mindiyi gündən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 2000-ci il 10 avqust tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsini dayandırmaq tapşırılıb.

Bu Fərman qüvvəyə mindiyi günədək prezident və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin barəsində özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi (özəlləşmə prosesində səhmdar cəmiyyətə çevrilmiş müəssisələrin səhmlərinin satışı da daxil olmaqla) istiqamətində tədbirlərin görülməsini dayandırsın. Həmin dövlət əmlakının siyahısını 20 gün müddətində prezidentə təqdim edilməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button