2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən yumurta AÇIQLAMASI

Bir sıra kütləvi informasiya vasitələrində idxal olunan yumurtaların salmonella virus xəstəliyinə yoluxması və onun satılması barədə məlumatlar verilib.

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) bildirir ki, 2016-cı ilin müvafiq dövrü ərzində respublikaya idxal olunan digər heyvandarlıq məhsulları ilə yanaşı, ərzaq yumurtalarından da nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, biokimyəvi, ağır metalların qalıq miqdarına, antibiotiklər və digər parametrlərə görə müvafiq müayinələrdən keçirilib.
“Aparılan müayinələrin nəticəsinə görə, cari ilin müvafiq dövrü ərzində ölkəmizə idxal olunan ərzaq yumurtalarında hər hansı xəstəliyin törədicisi aşkar edilməmiş, yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən yararlı olmuş, yumurtaların sağlam və yeyinti üçün yararlı olması müəyyən edilmişdir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, idxal edilən yumurtalarda heç bir xəstəlik mövcud deyildir. İdxal edilən heyvan, heyvan mənşəli məhsullar, eləcə də yumurta müvafiq laboratoriya müayinələrindən keçdikdən, yeyinti üçün yararlı olması müəyyən edildikdən sonra onların satışına icazə verilir. Ölkəyə idxal edilən bütün heyvan mənşəli məhsullara nəzarət olunur”, -deyə Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Modern.az-a bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button