2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Dövlət bu partiyalara pul ayırır

Siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub.

Bu barədə Maliyyə Nazirliyinin fevralın 16-da yaydığı məlumatda bildirilir.

Məlumata görə, ilin birinci rübü üzrə 10 siyasi partiyaya ümumilikdə 857.5 min manat ödənilib. Bunlar Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vəhdət Partiyası, Respublikaçı Alternativ Partiyası və Milli Cəbhə Partiyasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda vurğulanır ki, vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə uyğun ayrılır.

Qüvvədə olan qanunda bölgü belədir. Vəsaitin 40 faizi Milli Məclisində təmsil olunan partiyalar arasında bərabər, 50 faizi isə deputatların sayına proporsional bölünür. Qalan 10 faizdən yarısı son seçkilərdə namizədləri səslərin azı 3 faizini qazanmış, lakin parlamentə düşməyən partiyalar arasında səslərin sayına proporsional ayrılır. Onun digər yarısı isə təkrar və əlavə seçkilərdə yer qazanan partiyalara verilir.

Xatırlatma

Azərbaycanda son parlament seçkiləri ötən il fevralın 9-da keçirilib. Yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyası (YAP) qazanıb. Qalan yerlərdən təqribən 40-ı bitərəflərə, 10-u isə başqa partiyalara məxsusdur. YAP-dan sonra ən çox yer qazanan partiya 3 mandata yiyələnib.

Milli Şura ölkədə rəqabət mühitinin olmadığın bəyan edərək seçkiləri boykot edib. İstər onlar, istərsə də Müsavat Partiyası seçkilərin total şəkildə saxtalaşdırıldığını açıqlayıb.

Elə beynəlxalq müşahidə missiyasının da hesabatında bir sıra tənqidi fikirlər yer alıb. Amma istər hakimiyyət rəsmiləri, istərsə də Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, seçkilər əsasən xalqın iradəsini ifadə edib. MSK yalnız dörd dairədə pozuntulara yol verildiyini vurğulayaraq onlarda nəticələri ləğv edib.

24 saat” “Dövlət bu partiyalara pul ayırır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button