2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Dövlət büdcəsinin 6 ayda gəlir və xərcləri açıqlanıb

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb.

Maliyyə Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz və ya 267,8 milyon manat azalmaqla 11 milyard 755,0 milyon manat, xərcləri 1,2 faiz və ya 140,3 milyon manat azalmaqla 11 milyard 590,5 milyon manat, Dövlət Neft Fondundan transfert istisna olmaqla gəlirləri 11,2 faiz və ya 710,6 milyon manat artmaqla 7 milyard 58,4 milyon manat icra edilib.

Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 4,0 faiz və ya 480,3 milyon manat az, gəlirləri 3,5 faiz və ya 442,2 milyon manat az icra edilib. Bununla yanaşı, yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri illik proqnozun 46,2 faizini, xərcləri isə 40,6 faizini təşkil edir.

Saytların yığılması Saytlarin yigilmasi

Göründüyü kimi, dövlət büdcəsində 2020-ci ilin yanvar-iyun aylarında 292,0 milyon manat, 2021-ci ilin müvafiq dövründə isə 164,5 milyon manat profisit yaranıb.

trend

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button