2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Dövlət Departamenti bildirir ki, ABŞ Əlizamin Salayevin işini “diqqətlə” izləyir

Çərşənbə günü Dövlət Departamenti Azərbaycanda qanunsuz həbsinə etiraz əlaməti olaraq yüz gündür aclıq edən müxalif fəal Əlizamin Salayevin işini “diqqətlə izləməyə davam edəcəyini” bəyan edib. Xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Saytların yığılması Saytlarin yigilmasi

Xalq Cənhəsi Partiyasının üzvü olan Salayev fevralda “xuliqanlığa” görə həbs edilib. O, bu iddianı qətiyyətlə təkzib edir və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir.

“Bizim Əlizamin Salayevin aclıq elan etdiyindən xəbərimiz var və onun işini diqqətlə izləməyə davam edəcəyik”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel Turan-ın bu işlə bağlı sualına cavabda bildirib.

“Biz əvvəlki kimi insan hüquqlarına və əsas azadlıqlarına hörmətin təşviqinə sadiqik və hakimiyyəti söhbət insan hüquqlarından getdiyi zaman Azərbaycanın öz konstitusiyasına və beynəlxalq sazişlərə uyğun addımlar atmağa çağırırıq”. 

Salayevin dünən, aclığın yüzüncü günündə Bakıda məhkəmə iclası zamanı huşunu itirdiyi bildirilir. Onun işi üzrə növbəti məhkəmə iclası mayın 22-nə təyin edilib.

Contact.az

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button