2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Dövlət Departamentinin mətbuat katibi və Avropa İttifaqının xüsusi nümayəndəsi erməni hərbiçilərin azad edilməsini alqışlayır

Bakı/20.12.21 ABŞ Azərbaycanın Ermənistana 10 hərbçini təhvil verməsini alqışlayır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Twitter səhifəsində yazıb.

“Azərbaycanın dekabrın 19-da Avropa İttifaqının dəstəyi ilə 10 erməni hərbçinin azad etməsini alqışlayırıq”, – deyə rəsmi nümayəndə bildirib.

“Biz qalan bütün saxlanılanların tam şəkildə və tez azadlığa buraxılmasına, meyitlərin dəyişdirilməsinə və itkin düşənlərin axtarışının aparılmasına çağırırıq. Biz beynəlxalq öhdəliklərə uyğun olaraq məhbuslarla humanist rəftarın vacibliyini vurğulayırıq”, deyə ABŞ Dövlət Departamentinin rəsmisi bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 14 dekabr 2021-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın üçtərəfli görüşünün, habelə Azərbaycan Respublikası Prezidenti ilə Avropa İttifaqı Şurasının Prezidenti arasında keçirilmiş ikitərəfli görüşün nəticəsi olaraq, humanizm prinsiplərinə sadiqliyinin təzahürü kimi Azərbaycan Respublikası 19 dekabr 2021-ci ildə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.

Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıb. -16D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button