2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Dövlət “gecəqondu memarlığı”nı vətəndaşlarına rəva görmür’

“’Sovetski’ adlandırılan ərazinin abadlaşdırılmasına etiraz etmək dini təəssübkeşliyin heç də ən yaxşı nümunəsi deyil”.

Prezidentin köməkçisi Əli Həsənov Bakının keçmiş “Sovetski” ərazisindəki Hacı Cavad məscidinin sökülməsi ətrafında yaranmış durumla bağlı şərhində belə qeyd edib. O, şərhini özünün facebook səhifəsində paylaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Əli Həsənov

Əli Həsənov

Ə. Həsənov məsələnin ölkə başçısının diqqətində olduğunu, müvafiq komissiyanın yaranmış vəziyyəti təhlil edərək, gərəkli qərarlar verəcəyini ifadə edib.

“Müəyyən insanları təlimatlandıraraq oraya göndərən, Azərbaycanda dini kəsimi dövlətlə qarşıdurmaya sövq etmək istəyənlərin təşkil etdiyi aksiyada ətrafdan toplaşan bəzi inanclı insanlar da iştirak edirdi. Bu, heç də ürəkaçan səhnə deyildi”.

“Gecəqondu” massivləri yığışdırılmalıdır- bu, günün tələbidir

Ölkə başçısının köməkçisi “Sovetski” niyə sökülür?” sualı ətrafında şərhində “Bakı müasirləşməlidir, “Sovetski” tipli gecəqondu massivləri şəhərin mərkəzindən yığışdırılmalıdır – bu, günün tələbidir”, yazıb.

Ə.Həsənli vurğulayıb ki, dövlət əyri, köndələn yolları, havasız, üfunətli məhəllələri, XX əsrin əvvəllərinin nizamsız urbanizasiyasından miras qalmış “gecəqondu memarlığı”nı öz vətəndaşlarına rəva görmür. O, son illərdə məktəb, uşaq bağçası, məscid tikintisi ilə bağlı statistik bilgiləri yada salıb.

“Prezident müsəlman bayramlarını dindarlar və müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd edir, özü və ailə üzvləri müqəddəs Kəbəni ziyarət edib. Ölkədə dini təhsilin genişləndirilməsi, yenidən təşkil olunması istiqamətində ciddi addımlar atılıb”.

…Məkkə və Mədinədə də köhnə dini tikili sökülür, yeni binalar ucaldılır

Ə.Həsənov sual edib ki, “bu işləri görən dövlət təqdir olunmalıdır, yoxsa bəzilərinin dünən etdiyi çağırışlardakı kimi lənətlənməlidir?”

“İslam mədəniyyətinin mərkəzləri olan Məkkə və Mədinədə, Məşhəd, Kərbəla kimi şiə ziyarətgahlarında, digər müsəlman ölkələrinin aparıcı şəhərlərində hər il neçə-neçə köhnə dini tikili sökülür, onların yerinə yeni-yeni binalar ucaldılır. Qoy 30 il bundan qabaq Məkkə və Mədinədə peyğəmbər məscidini ziyarət edənlər söyləsinlər, orada hansı dəyişikliklər baş verib, hansı köhnə tikililər sökülərək onların yerinə necə müasir ziyarətgahlar yaranıbdır. İndi bunlar təqdirəlayiq haldır, yoxsa qınanmalı? O insanların halalına müdaxiləmi olunubdur?”

Ə.Həsənov ictimaiyyəti əsl inanclı kəsimin “din təəssübkeşliyi” adı ilə aksiyalara sövq edən radikal-ekstremist dəstələrdən ayırmalı olduğunu vurğulayıb.

“Azərbaycanın İslam dünyası, regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı təşəbbüslərinə bu və ya digər yolla maneə olmaq cəhdləri, təəssüf ki, ilk dəfə deyil. Bakı İslam mədəniyyətinin paytaxtı elan edildiyi 2009-cu ildə biz müəyyən dindar təbəqəsinin aldadılaraq dövlətimizin islam dünyasındakı rolunu kiçiltmək, imicini ləkələmək cəhdlərinə alət edilməsini şahidi olmuşduq. Bu il ölkəmizdə İslam həmrəyliyi elan edildiyi, Bakı İslam Oyunlarına ev sahibliyi etdiyi üçün belə “cəhdlərin” yenə olmasını istisna etmirik. Bu yalançı təəssübkeşlərin etirazının Şuşa məscidi ilə bağlı işğalçılarla qeyri-rəsmi “əməkdaşlıq” edilməsinə Azərbaycan dövlətinin rəsmi etiraz bəyanatı verdiyi vaxta düşməsi düşündürücüdür”, deyən Ə. Həsənov Azərbaycanın İslam dünyasının birliyi, həmrəyliyi yolunda təşəbbüslərindən dönməyəcəyini qeyd edib.

XATIRLATMA

Dünən, aprelin 12-si Hacı Cavad məscidini sökməyə cəhd edilib. Əraziyə Yasamal rayon İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları gəlib. Ancaq məscidin daxilində və önündə dayanan yüzlərlə insan söküntüyə imkan verməyib.

Prezident İlham Əliyev isə aprelin 13-də inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması və binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi məqsədi ilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.Artıq, aksiya iştirakçıları da dağılıb.

Yerli camaatın bildirdiyinə görə, bu məscidi Hacı Cavad adlı tacir tikdirib. Məscidin giriş qapısının üstündə üç daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən, məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir. Bu, milad təqvimi ilə XIX əsrə düşür.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button