2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Dövlət Gömrük Komitəsi sədrinin iki müavini işdən çıxarıldı, biri təyin edildi

Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Abdullayev və İqbal Babayev vəzifələrindən azad ediliblər.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Xatırladaq ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

İ.Babayev isə 2018-ci ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin yeni müavini təyin edilib.

Sərəncama görə, Natiq Telman oğlu Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Natiq Şirinov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

24 saat” “Dövlət Gömrük Komitəsi sədrinin iki müavini işdən çıxarıldı, biri təyin edildi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button