2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Dövlət İmtahan Mərkəzində ilk iclas

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının ilk iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərmanın icrası ilə əlaqədar bir sıra məsələlər müzakirə olunub

Bundan əlavə, bu il ümumtəhsil məktəblərinin 7-8 və 11-ci siniflərində keçirilmiş monitorinq imtahanlarının protokolları təhlil edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Direktorlar Şurasının iclasında yaxın günlərdə qurumun yeni rəsmi saytının və Facebook səhifəsinin istifadəyə verilməsi qərara alınıb.

Aprelin 11-də prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman vermişdi. Bu fərmanla Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya birləşdirilirdi.

Bir gün sonra isə TQDK-nın rəhbəri Məleykə Abbaszadəni bu qurumun Direktorlar Şurasının sədri təyin etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button