2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dövlət ittihamçısı Eldar Həsənova 11 il iş istədi

Keçmiş Baş prokurorun əmlakının müsadirə olunması da tələb olunur

1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru, 2001-2020-ci illərdə isə müxtəlif ölkələrdə səfir olmuş Eldar Həsənovun məhkəməsi yekunlaşır. 

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən prokuror Eldar Həsənova 11 il həbs cəzası verilməsini təklif edib.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət ittihamçısı həmçinin onun 3 il dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan da məhrum edilməsini, üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə olunmasını istəyib.

Eldar Həsənovun vəkilləri müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Eldar Həsənov 2000-ci ildə Baş prokuror vəzifəsindən azad ediləndən sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 

12 il bu vəzifədə çalışandan sonra 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. 

Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım  kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.(Meydan TV)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button