2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Dövlət ittihamçısı məhkəmədən AXCP üzvünün 10 il azadlıqdan məhrum edilməsini istəyib

Bakı/11.11.21 Noyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Bu barədə Amerikanın Səsinə vəkil Nemət Kərimli bildirib.

Dövlət ittihamçısı çıxışında deyib ki, Hümbətovun yaşadığı Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməsi məhkəmədə sübuta yetirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Aqil Hümbətov isə prokurorun çıxışına etiraz edərək heç kimi bıçaqlamadığını, Məmmədovun onu həbs etmək məqsədilə hazırlanan planı icra etdiyini – özünə xəsarət yetirdiyini deyib.

Vəkilin sözlərinə görə, prokurordan sonra müdafiə tərəfi çıxış etməlidir.

Belə ki, hakim Samir Əliyev vəkil Nemət Kərimlidən təcili çıxış etməyini istəsə də, müdafiəçi çıxışa hazır olmadığını deyib.

Nemət Kərimli çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona noyabrın 15-nə qədər vaxt verilib.

AXCP fəalı bu il avqustun 11-də Bakının Zirə qəsəbəsində Yamən Məmmədov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunur.

Hümbətova qarşı Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb və barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə 4 ay həbs-qətimkan tədbiri seçilib.

AXCP fəalı bundan öncə 2019-cu il martın 14-də saxlanılaraq 30 sutka inzibati həbsə məhkum edilib.

AXCP onun saxlanılmasına sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciətinin səbəb olduğunu bildirib.

Bakının Zirə qəsəbəsinin sakini olan Hümbətov deyib ki, işsizdir və üç uşaq böyüdür, yerli hakimiyyət onun problemləri ilə məşğul olmur, buna görə o, zibilliklərdə karton yığıb satmaqla pul qazanmaq məcburiyyətindədir.

Bundan sonra Hümbətov 2020-ci ilin aprelində və iyununda Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button