2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Dövlət Neft Fondu Mərkəzi Bankdakı vəsaitlərini 57 %-dən çox artırıb

Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Mərkəzi Bankındakı hesablarında 1 milyard 531,561 milyon manat vəsait toplanıb.

Bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 57,6 % çoxdur.

Hesabat dövründə ARDNF-in Azərbaycan Beynəlxalq Bankındakı hesablarında isə 116 min manat yerləşdirilib ki, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 63,4 % çoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Neft Fondu neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini, gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur.

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir. ARDNF-nin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilib. ARDNF əməli fəaliyyətə 2001-ci ilin iyun ayında Fondun vəsaitlərinin yerləşdirilməsi qaydalarının Prezident Fərmanı ilə təsdiq edilməsindən sonra başlamışdır. ARDNF-nin yaradılması Heydər Əliyev tərəfindən əsası qoyulmuş Milli Neft Strategiyasının ayrılmaz hissəsidir.

ARDNF-nin missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir.

report

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button