2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Dövlət niyə kasıbları deyil, varlı məmurları qoruyur?

Prezident İlham Əliyevin təsdiqindən sonra Azərbaycanda Ali Məhkəmənin sədrinin maaşı 2475 manatdan 3550 manata qədər artırılıb. Bu sənədlə ölkədəki bütün məhkəmə hakimlərinin maaşı artırılıb. Məhkəmə sədrləri Ali Məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, bütün məhkəmələrin hakimləri isə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində əməkhaqqı alacaqlar.

Dövlət başçısı “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” sərəncamında dəyişiklik edib və Baş prokurorun aylıq vəzifə maaşı 3260 manat müəyyən edilib.

Bundan başqa, Hesablama Palatasının sədri 3150 manat, onun müavini 2800 manat, auditorları isə 2625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

Prezidentin təsdiqindən sonra deputatların həm maaşları, həm də aldıqları əlavələrin sayı və məbləğı artırılıb. Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna edilən dəyişiklikdən sonra millət vəkilllərinin maaşı 2475 manatdan 3550 manata qaldırılır. Onların aldıqları əlavələr isə iki dəfə artırılır. Yəni deputatlar bundan sonra maaşına 7100 manat əlavə alacaqlar, amma bu vəsaitdən 14 faiz gəlir vergisi tutulacaq.

Maraqlıdır, sözügedən artımlardan sonra yüksək vəzifəli şəxslərlə vətəndaşların gəlirləri arasında hansı nisbət yaranıır? Bu sualın cavabını aydınlaşdırmaq üçün Dövlət Statistika Komitəsinin (DSK) və başqa dövlət qurumlarının məlumatlarına müraciət etdik.

 

Dövlət sektorunda artımlar nə qədər olub?

 

DSK-nın məlumatına görə, bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14 % artaraq, 825,3 manat təşkil edib.

İyunun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28,3 min nəfər və yaxud, 1,7 % artaraq, 1 milyon 706 min nəfər olub.

Məlumata görə, onlardan 903,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 802,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Azərbaycan 2000-ci illərin əvvəllərində Avropa Sosial Xartiyasına qoşularkən üzərinə götürdüyü öhdəliklərdən biri ölkədə minimum əməkhaqqının orta aylıq əməkhaqqına nisbətinin 60 faizə çatdırılması idi. Yəni, əgər Azərbaycan bu öhdəliyinə əməl etsəydi, hazırda ölkədə minimum əməkhaqqı 500 manata bərabər olmalı idi. Realıqda vəziyyət necədir?

2022-ci ilin əvvəlində minimum maaş artırılaraq, 300 manata çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə,  ölkədə median əməkhaqqı 410 manata bərabərdir.

Median əməkhaqqı iqtisadiyyatda maaş cədvəlinə qol çəkən bütün işçilərin sayını ikiyə böldükdə həmin bölünmə nöqtəsinə düşən məbləğ deməkdir. Yəni, median əməkhaqqı o göstəricidir ki, həmin rəqəmdən çox və az maaş alan işçilərin sayı eynidir. Bu o deməkdir ki, ölkədə aylıq maaşla işləyən 1 milyon 706 min vətəndaşın 853 min nəfərinin maaşı 410 manatdan aşağıdır.

Beləlkiklə, hazırda ölkədə median əməkhaqqının orta aylıq əməkhaqqına nisbəti 53 faizə bərabərdir. Buradan aydın olur ki, hazırda ölkədə nəinki minimum əməkhaqqı, heç median əməkhaqqı da orta aylıq əməkhaqqının 60 faizinə çatmayıb.

Müqayisə üçün qeyd edək ki, əksər Şərqi Avropa və inkişaf etmiş ölkələrdə median və orta aylıq əməkhaqqı arasındakı fərq 10-25 faiz arasında dəyişir. Region ölkələrindən Rusiyada median əməkhaqqı orta aylıq əməkhaqqının təxminən 90 faizinə yaxındır. Bu baxımdan, Azərbaycanda median əməkhaqqı ilə bağlı ən çox diqqət çəkən məqamlardan biri onun orta aylıq əməkhaqqından təxminən iki dəfə geri qalması ilə bağlıdır.

Xatırladaq ki, bu rəqəmlər ilin əvvəlində Prezident İlham Əliyevin tapşırığı əsasında reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində bu səviyyəyə çatdırılıb. Həmin paket çərçivəsində minimum aylıq əmək haqqı 250 manatdan 300 manata çatdırılıb ki, nəticədə 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli (VTC) üzrə müəyyən olunanların əmək haqqında orta hesabla 20 faiz artım baş verib.

Vahid Tarif Cədvəli üzrə işçilərdə orta aylıq əmək haqqı 387 manatdan 465 manata çatıb. Hazırda həmin cədvəlin ilk pilləsi üzrə əməkhaqqı 300 manat, ən yüksək – 19-cu pilləsi üzrə əməkhaqqı 979 manatdır.

2022-ci ilin əvvəlindən 165 min müəllimin əmək haqqında da orta hesabla 20 faiz artım olub və onların əməkhaqqı orta hesabla 550 manatdan 660 manata çatdırılıb.

İslahatlar hərbi qurumlar və hüquq mühafizə orqanlarında xidmət keçən bir sıra şəxsləri də əhatə edib. İlin əvvəlindən onların aylıq vəzifə maaşlarına 20% əlavə olunur, qeyd edilən orqanların mülki işçilərinin vəzifə maaşları da 20% artırılıb.

Müavinətlər və pensiyalar nə qədər artırılıb?

Yanvarın 1-dən yaşa, əlillik dərəcəsinə görə, eləcə də digər bəzi məsələlərə görə verilən müavinətlər 10-50 manat artırılıb.

Yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılıb.

Əlilliyin hər üç dərəcəsinə görə birinci və ikinci qrupa görə müavinətlər 50 manat artırılaraq, müvafiq olaraq 200 və 180 manata, üçüncü qrupda isə 10 manat artırılaraq, 120 manata çatdırılıb.

Birinci qrup əlilliyi olan şəxslərin baxıcılarına verilən prezident pensiyasının aylıq məbləği 50 manatdan 80 manata qaldırılıb.

Azərbaycanda 1 yaşadək uşağı olan aztəminatlı ailələrə verilən müavinət 55 manatdan 70 manata, övladlığa uşaq götürənlərə ödənilən müavinət isə 40 manat artırılaraq, 200 manata çatdırılıb.

Eləcə də 18 yaşadək sağlamlıq imkanları məhdud uşağı övladlığa götürənlərə ödənilən müavinət 480 manatdan 600 manata qədər artırılıb.

Uşağın doğulmasına görə birdəfəlik müavinət 100 manat artırılaraq 300 manata çatdırılıb, dəfn üçün birdəfəlik müavinət 50 manat artırılaraq, 350 manat olub.

Çoxuşaqlı anaların da aldığı müavinətlər artıb. 5-dən çox uşağı olan qadınlar üçün müavinət 15 manat artırılaraq, 70 manata qaldırılıb.

Sağlamlıq imkanı məhdud olan 18 yaşadək uşaqlara baxan şəxslərə verilən prezident pensiyasının aylıq məbləği də 50 manatdan 80 manata qaldırılıb.

Digər müavinətlərdə artım isə belə olub:

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara verilən müavinət 150 manatdan 200 manata,

Ailə başçısının itirilməsinə görə müavinət 80 manatdan 100 manata,

Müddətli hərbi xidmətdə olanların uşaqlarına verilən müavinət 100 manatdan 120 manata,

Valideynlərini itirmiş uşaqların qəyyumlarına verilən müavinət 100 manatdan 120 manata çatdırılıb.

Artım siyahısında təhsil təqaüdləri də var. Ölkədə bütün səviyyələrdə təhsil alan tələbələrin (orta ixtisas məktəbləri, ali məktəblərin bakalavriat və magistratura səviyyələri), eləcə də doktorantların təqaüdləri 20 faiz artırılıb.

Fəxri adlara görə təqaüdlərin məbləği 20-30 manat artırılıb.

Xalq yazıçısı, Xalq şairi, Xalq artisti, Xalq rəssamları 30 manatlıq artımla 180, Əməkdar yazıçısı, Əməkdar şair, Əməkdar artist, Əməkdar rəssamlara isə 20 manat artımla 120 manat təqaüd hesablanıb.

 

2022-ci ilin əvvəlində ölkədə pensiya və müavinətlər də inflyasiya həcminə indeksasiya edilib. Prezidentin imzaladığı sərəncama görə, əmək pensiyalarının sığorta hissəsi ilin əvvəlindən 3,4 faiz artırılıb. Bundan əlavə isə, pensiyaçılara 200 manat həcmində birdəfəlik maddi yardım da verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) elan edib ki, 200 manat məbləğində maddi yardım rüblər üzrə bölünməklə verilir. (Hər rübdə 50 manat)

ƏƏSMN-n yaydığı məlumata görə,  artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edib.

Nazirlik bildirib ki, 300 manatadək pensiya alan şəxslərdə bu artım 10 faizədək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8 faizədək olub. Məsələn, şəxs 300 manat pensiya alırsa, onun pensiyası orta əməkhaqqının 2021-ci ildəki artım tempinə (3,4 faiz) uyğun indeksləşdirilərək, 3,4 faiz artırılıb və bunun üzərinə maddi yardımın (200 manat) da il ərzində pensiyada yaradacağı artım əlavə olunur.

Dövlət niyə varlıların qayğısına qalır?

Beləliklə, ortaya çıxan mənzərə bundan ibarətdir ki, yüksək vəzifələrdə çalışan şəxslərin maaşları ilə digər kateqoriya dövlət qulluqçularının, habelə pensiya və müavinət alanların gəlirlərində azı 10-12 dəfə fərq var. Nəzərə alaq ki, belə kəskin fərqlər gələcəkdə onların pensiya təminatında ciddi bərabərsizliyə yol acacaq ki, bu həm indi, həm də gələcəkdə sosial ədalət prinsipinin kobud şəkildə pozulması deməkdir.

Bir məqama da diqqət yetirək ki, ölkədə davam edən kəskin inflyasiya və bahalıq əhalinin daha çox aztəminatlı kəsiminin sosial vəziyyətinə mənfi təsir göstərir. Buna baxmayaraq, dövlət onları yoxsulluq girdabından qorumaq əvəzinə, daha çox maddi təminatı yuxarı olan yüksək çinli məmurların qayğısna qalmağı özünə borç bilir…

Turqut

24 saat” “Dövlət niyə kasıbları deyil, varlı məmurları qoruyur?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button