2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Dövlət qulluqçularının sayı azalıb, maaşı artıb

Dövlət qulluqçularının sayında son illərdə gözə çarpan nisbi azalma ötən il daha böyük həddə qeydə alınıb. Məsələn, 2015-ci ildə ölkədə dövlət qulluqçularının sayı 30 min 123 nəfər idisə, 2019-cu ildə bu rəqəm 29 min 368 nəfərə enmişdi. Yəni, 4 il içində dövlət qulluqçularının sayı cəmi 755 nəfər və ya 2,5 faiz azalmışdı. Ötən ilsə onların sayı 2 min 700 nəfər azalıb və 26 min 672 nəfərə enib. Başqa deyimlə, il ərzində 9,2 faiz azalıb.

Dövlət qulluqçuları sayca azalsa da, maaşlarında artım diqqət çəkir. Onların əməkhaqqında artım, əsasən, 2018-ci ildən bəri hiss edilməyə başlanıb. Həmin tarixdən bir il öncə dövlət qulluqçularının ortalama maaaşı 691 manat idisə (2017-ci ilin sonlarında), ötən il bu göstərici 1 min 216 manata yüksəlib. Bu, 3 il boyunca 76 faiz artım deməkdir. Təkcə 2020-ci il ərzində dövlət qulluqçularının əmək haqqlarındakı artım 20 faizə yaxın olub. Ötən ilin sonunda ölkə üzrə orta aylıq əməkhaqqı məbləği 704 manat səviyyəsində idi. Bu o deməkdir ki, hazırda dövlət qulluqçularının maaşı ölkə üzrə ortalama əməkhaqqından 70 faiz daha yüksək olub.

Cədvəl: 2015-2020-ci illərdə dövlət qulluqçularının sayı və orta aylıq maaşları

Saytların yığılması Saytlarin yigilmasi

İl

Dövlət qulluqçularının sayı (nəfər)

Dövlət qulluqçularının orta aylıq maaşı (manat)

2015

30 min 123

612

2016

30 min 90

634

2017

29 min 302

691

2018

29 min 127

797

2019

29 min 368

1 min 022

2020

26 min 672

1 min 216

Bakı və regionlardakı əməkhaqqı arasında iki dəfə fərq var

Dövlət qulluqçularının əmək haqları ilə bağlı diqqət çəkən daha bir məqam Bakıda və digər regionlarda çalışanların orta aylıq əmək haqları arasındakı fərqdir. Ötən ilin yekunlarına görə, Bakıda çalışan dövlət qulluqçularının orta aylıq maaşı 1 min 621 manat olubsa, digər iqtisadi rayonların ərazisində bu rəqəm 800-937 manat arasında dəyişib. Yəni, Bakıda çalışan dövlət qulluqçusu digər regionlardakı həmkarıyla müqayisədə təxminən 2 dəfə daha çox qazanc əldə edib.

Bakı və digər regionlar arasındakı fərq qədər inzibati vəzifələr üzrə rəhbər işçilərin orta aylıq maaşıyla bütün dövlət qulluqçularının orta aylıq maaşı arasındakı fərq də diqqət çəkir. Dövlər Statistika Komitəsinin yayımladığı rəqəmlərdən aydın olur ki, Bakıda dövlət qulluğunda inzibati vəzifələr üzrə rəhbər işçi statusunda olan şəxslərin orta aylıq əmək haqları 2 min 918 manatdır. Bu, həmin şəxslər üçün orta aylıq əməkhaqqı göstəricisindən təxminən iki dəfə yüksəkdir.

Gənclərin və qadınların iştirakçılığı zəifdir

Ötən ilin nəticələrindən məlum olur ki, dövlət qulluqçularının 4 min 361 nəfəri, yəni bütün qulluqçuların 16 faizi gənclərdir (yaşı 29-dək olanlar). Dövlət qulluqçularının 47 faizi 30-44, 29 faizi 45-59, 11 faizi 60 yaşdan yuxarı şəxslərdir.

Bakı Metrosu-2020

Dövlət qulluqçularının böyük hissəsinin stajlarının yüksək olması da diqqət çəkir. Hazırda dövlət qulluqçusu kimi fəaliyyət göstərənlərin 44 faizinin iş stajı on ildən yuxarıdır. Daha 25 faiz dövlət qulluqçusunun iş stajı 5-10 il, digər 25 faizin iş stajı isə 1-5 il arasında dəyişir. Bir ildən daha az iş stajı olanların payı cəmi 6 faizdir.

Dövlət qulluqçuları ilə bağlı müşahidə edilən daha bir maraqlı məqam gənclərin rəhbər vəzifələrdə çox az təmsil edilməsidir. Məsələn, birəvvəlki ilin nəticələrinə görə, dövlət qulluğunda şöbə müdüri vəzifəsində çalışanların sayı 3 min 232 nəfər olub. Onlardan, sadəcə, 92 nəfəri gənclərdir. Halbuki həmin vəzifələrdə çalışan və yaşı 65-i aşanların sayı 112 nəfərdir.

Gənclərlə yanaşı, qadınların da dövlət qulluğunda iştirakı nisbətən aşağıdır. Hazırda bütün dövlət qulluqçularının 7 min 339 nəfəri, yəni bütün çalışanların 27 faizi qadınlardır. Onların rəhbər vəzifələrdə çalışma göstəricisi daha da aşağıdır. 2019-cu ilin göstəricilərinə görə, şöbə müdiri vəzifəsində çalışan 3 min 232 nəfərdən cəmi 179 nəfəri, yəni bütün şöbə müdirlərinin 5 faizi qadınlardır. Rəhbər vəzifədə isə cəmi 6 qadın çalışır.

24 saat” “Dövlət qulluqçularının sayı azalıb, maaşı artıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button