2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Dövlət satınalmalarında çoxsaylı nöqsanlara yol verilib – RƏSMİ

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən ayrı-ayrı illər üzrə büdcə vəsaitinə olan tələbat üzrə proqnoz göstəriciləri hazırlanarkən maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməyib, bəzi xərclər üzrə real tələbat və ötən illərin icrası nəzərə alınmayıb, ayrı-ayrı təşkilatlardan büdcə vəsaitinə olan tələbat barədə sifarişlər tələb edilməyib.
“Report” bu barədə Hesablama Palatasına istinadən xəbər verir.
Həmçinin, zərurət olmadığı halda bəzi xərc maddələri üzrə dürüstləşmə aparılsa da, artırılmış xərclərdən istifadə olunmayıb, nəticədə icra ilkin təyinatdan aşağı olub, nağd vəsaitlərin uçotuna nəzarət edilməməsi səbəbindən auditlə əhatə olunan illərdə büdcədənkənar vəsaitlər üzrə daxilolmalar müvafiq olaraq 27,3%, 30,4% və 44,7% təşkil etdib.
Əməyin ödənilməsini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməyərək işçilərin tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi, iş günlərinin düzgün hesablanmaması, 0,5 stavka ilə işləyən işçilərə tam vəzifə maaşı ödənilməsi, elmi dərəcələrə görə vəzifə maaşlarına əlavələrin düzgün müəyyənləşdirilməməsi, işdən azad edilən işçilərə son haqq-hesabın düzgün hesablanmaması, artıq dərs tarifləşdirilməsi hallarına yol verilib, bəzi hallarda tədris planında nəzərdə tutulmuş fənn saatlarının tədrisi tam təmin edilməyib, bəzi mədəniyyət evləri üzrə ümumilikdə 30 ştat vahidi artıq saxlanılıb.
Malların (iş və xidmətlərin) satın alınması zamanı “Dövlət satınalmaları haqqında” qanunun və “Kotirovka sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat”ın, eləcə də, dövlət satınalmalarını tənzimləyən digər qanunvericilik aktlarının bəzi tələblərinə bir sıra hallarda əməl edilməyib. Satınalmaların birbaşa müqavilə əsasında həyata keçirilməsinə razılıq alınsa da, alınmış razılıqdan artıq məbləğə müqavilə bağlanılıb, 2015-ci ildə 8 halda satınalma müqavilələrində nəzərdə tutulmayan mal-material alışı həyata keçirilmib, vəsait satınalma metodu tətbiq edilmədən xərc edilib, 49 halda keçirilən satınalmalar üzrə müqavilələrdə nəzərdə tutulmayan malların alışı həyata keçirilib.
Təşkilatlar tərəfindən xüsusi vəsaitlər üzrə əldə edilən gəlirlər birbaşa müvafiq bank hesabına təhvil verilməyib, təşkilatlardan nağd qaydada təhvil götürülsə də 42,214 min manat vəsait uçota alınmayıb, təmir-tikinti işləri üzrə debitor borclar vaxtında bağlanılmayaraq müqavilə şərtlərinə əməl edilməyib.
cumhuriyyet.net

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button