2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Dövlət şirkətlərinin rəhbrələri təşviş içində – Həbslər ola bilər

Azərbaycanda dövlət şirkətlərinin fəaliyyətinin araşdırılmasına başlanılıb. İddialara görə, ölkə başçısı İlham Əliyevin keçirdiyi mətbuat konfrasında dövlət şirkətlərini sərt tənqid etməsi də bununla əlaqədardır. İlham Əliyev dövlət şirkətlərində idarəetmə sisteminin müasir tələblərə cavab vermədiyini bildirməklə yanaşı deyib:

“Bu idarəetmə sistemi büdcədən pulların “sağılması” məqsədilə istifadə olunur. Həmişə büdcədən dotasiyalara ehtiyac olur. Belə davam edə bilməz. Digər tərəfdən hazırkı vəziyyəti, həmçinin, Qarabağın da bərpasını nəzərə alsaq, strateji infrastruktur dövlətin əlində qalmalıdır. Bu, birmənalıdır. Əks halda biz ərazini bərpa edə bilməyəcəyik. Bu mərhələdə məqsədimiz dövlət şirkətlərinin korporativ idarəetməsini beynəlxalq normalara çatdırmaqdır. Lazım olan nəzarəti təmin etməkdir”.

Ölkə başçısı İlham Əliyevin nitqindən xüsusi çıxarış

Əliyevin daha çox dövlət şirkətlərinə ayrılan büdcə vəsaitlərinə diqqət çəkməsi araşdırmaların anti-korrupsiya mübarizəsi çərçivəsində apardıldığını deməyə əsas verir. 2019-cu ildən Azərbaycanda korrupsiyaya qarşı daha ciddi mübarizə başlayıb. Əgər əvvəllər korrurpisyaya görə həbs edilənlər əsasən xırda məmurlar idisə, indi cəmiyyət icra başçıları, nazir müavini səviyyəsində həbslərin şahidi olur.

Saytların yığılması Saytlarin yigilmasi

Görünür, indi dövlət şirkətlərinin rəhbərləri ilə hesablaşmaq zamanı çatıb. Azərbaycanda iri dövlət şirkətləri sırasında SOCAR, “Azərsu” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Hava Yolları”(AZAL) QSC, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin adını çəkmək olar. Adıçəkilən dövlət şirkətlərinin başında duranların oliqarx məmurlar kateqoriyasına aid olduğunu söyləməyə ehtiyac yoxdur. Onların oliqarxa çevrilməsi bu qurumlarda korrupsiyanın olması faktını təsdiq edir.

Elə bu yaxınlarda blogger Mehman Hüseynov “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun 100 milyonluq villasını üzə çıxarımışdı.

Qorxmaz Hüseynov
Qorxmaz Hüseynov – “Azərsu” ASC-nin sədri

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun sərvəti barədə isə mediada çoxsaylı materiallar tirajlanıb.

Cavid Qurbanov
Cavid Qurbanov – “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri

SOCAR prezidenti Rövnəq Abdullayevin oğlunun 2 milyonluq saatı da yaddaşlardan silinməyib.

SOCAR prezidenti Rövnəq Abdullayev
SOCAR prezidenti Rövnəq Abdullayev

“AZAL” prezidenti Cahangir Əsgərov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin topdağıtmaz əmlakı və biznes strukturları barədə də çox yazılıb.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə

Bu məmurlar həm də Prezident səviyyəsində tənqid atəşinə tutulub. Yəqin ki, İlham Əliyevin su təsərrüfatının vəziyyətinə dair müşavirə hər kəsin yadındadır.

Həmin müşavirədə ölkə başçısı açıq şəkildə Qorxmaz Hüseynovla Əhməd Əhmədzadənin fəaliyyətini tənqid etdi.

Cahangir Əsgərov isə Şuşada aeropot inşa etmək niyyətində düşdüyünə görə Prezidentin qəzəbinə tuş gəlmişdi.

“AZAL” prezidenti Cahangir Əsgərov
“AZAL” prezidenti Cahangir Əsgərov

Rövnəq Abdullayevə gəlincə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun SOCAR-ın Müşahidə Şurasının sədri təyin olunması artıq şirkətin rəhbərliyinə etimadın qalmadığını göstərir.

Mülahizələrə görə, araşdırmalara müvafiq olaraq adıçəkilən məmurlar barədə qərar veriləcək. Prosesin həbslərlə müşayiət olunacağı istisna deyil. Bu baxımdan, dövlət şirkətlərinin rəhbrələrinin hazırda təşviş içində olduğu söylənilir.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button