2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Dövlətçiliyə kim xəyanət edir?

Oktay Gülalıyev

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rəhbərliyində təmsil olundugum Milli Şuranı, ilahiyyətçi alim Tale Bağırzadəni, tanınmış yazar Zümrüd Yağmuru və məni dövlətçiliyə xəyanətkar elan edib (!?). Bunu 1 həftə öncə ogurlanaraq gizli saxlanılan Əhsən Nuruzadəyə həmin idarədə bildiriblər. O, bu məlumatı vəkili Yalçın İmanovla Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında görüşərkən bölüşüb . Ona “bandotdel”də mənəvi, psixoloji işgəncə verərək əleyhimizə ifadə almağa cəhd ediblər.

Bunlar hələ də Milli Şuranı “Nardaran işi” olayına bağlamaq cəhdindən görünür vaz keçməyiblər. Yəqin Fuad Qəhrəmanlı ilə bağlı məlum planları iflasa ugradığından yeni planlar cızırlar. Yəqin ki, Tale Bağırzadənin tərəfdarlarından olan Əhsən Nuruzadənin ogurlanıb 1 həftə “bandotdel”də gizlin saxlanması da bu planın tərkib hissəsi olub. Amma göründüyü kimi, ictimai təpki bu planı pozdur. Qosqoca dövlət qurumu dövlətin vətəndaşını günün günorta çağı ogurlayır, heç bir qanun tanımadan onu 1 həftə gizli tutur, işgəncə və sonda 10 sutka inzibati həbs cəzası verir.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin bir sual açıq qaldı. Adı çəkilən qurum bizləri dövlətçiliyə xəyanətdə suçlayır. Maraqlıdır, dövlətçiliyə kim xəyanət edir – dövlətin adı və gücü ilə dinc, günahsız insanların evinə silahlı hücum çəkib, qeyri- peşəkar əməliyyat keçirib 6 nəfər soydaşımızın ölümünə bais olanlar, insanları ogurlayıb onları dövlətin adı ilə təhdid edib dövlətçiliyin onurunu zədələyənlər, yoxsa basqına, qurşuna, təhdidə məruz qalanları müdafiə etməklə dövlətçiliyin adını, onurunu qoruyanlar?..

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button