2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Dövlətin dayaqlarını bir-bir söküb sıradan çıxarırlar”

AXCP sədri Əli Kərimli

Saytların yığılması Saytlarin yigilmasi

Gözümüzün qarşısında dövlətin sütunları dağıdılır. Vətəndaş dövlətindən uzaqlaşdırılır. Dövlət orqanları etimadını tam itirir.

Tovuzda 9 yaşlı Nərminin öldürülməsinə görə həbs olunmuş və cinayəti törətdiyini “etiraf etmiş” İlkin vəkilinə bədənindəki çoxsaylı işgəncə izlərini göstərib. İlham Əliyevin şəxsi nəzarətə götürdüyü cinayət işində şübhəli şəxsdən etirafedici ifadəni ağır işgəncə və “tokavermədən” sonra alıblarmış. İlkin bu barədə məhkəmədə özü ətraflı danışıb. Ancaq dövlət rəhbərliyi eşitmir, görmür. Onlar üçün əsas odur ki, TV-lər İlham Əliyevin cinayət işini nəzarətə götürdüyünü və cinayət işinin açıldığını elan etdi.

Salyanda aldadılmış və ya təcavüzə məruz qalmış 21 yaşlı qız polis işçisini bıçaqladığı üçün 7 il müddətinə həbs olundu. Polis zabiti məsuliyyətdən yayındırıldı. Həmin polis əməkdaşını videokamera qarşısında ifşa etmiş AXCP funksioneri Əlizamin Salayev adı, vəzifəsi məlum polis əməkdaşları tərəfindən vəhşicəsinə döyüldü, qarnı və başı partladıldı. Minlərlə insan sosial şəbəkələrdə bu ədalətsizliyi qınadı, cinayətkarların cəzalandırılmasını tələb etdi. Ancaq dövlət rəhbərliyi yenə də gözünü və qulağını qapatdı. Cinayətkarları müdafiə etdi. Etiraf etdi ki, işgəncə bu ölkədə dövlət siyasətidir.

Və tam da belə bir vaxtda dünyada demokratiya reytinqini müəyyənləşdirmək üzrə ixtisaslaşmış The Economist Intelligence Unit Azərbaycanı avtoritar rejim kimi dəyərləndirdi. Azərbaycan son Demokratiya İndeksində 165 ölkə arasında 147-cidir. Dünyanın 18 ən qeyri-demokratik ölkəsindən biriyik. The Economist Intelligence Unit Ermənistanın isə son üç ildə demək olar ki, “avtoritar” ölkədən demokratik ölkəyə çevrildiyini təsbit edib.

Bütün bunların üzərinə hökumətin 20 Yanvar ziyarətinə getmiş 10 minlərlə insana nümayiş etdirdiyi hörmətsizliyi, yadlığı, daha bir parlament seçkilərinin saxtalaşdırılması üçün gedən hazırlıqları da gəlsək, tam aydın olacaq ki, gözümüzün qarşısında dövlətimizi bizdən uzaqlaşdırırlar, onu vətəndaşına yadlaşdırırlar, onun dayaqlarını bir-bir söküb sıradan çıxarırlar. Bu isə artıq həm də milli təhlükəsizlik məsələsidir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button