2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Dövlətin uşaqlara verdiyi, vermədiyi…

Dünən, oktyabrın 20-də Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Uşaq hüquqları aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb. Müraciətdə bununla bağlı bir ay ərzində bir sıra tədbirlərin keçiriləcəyi vurğulanır…

Uşaqların artımı azalır

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 64 min 149 yeni doğulan körpə qeydə alınıb. Rəsmi statistikaya görə, əvvəlki illərlə müqayisədə uşaqların sayı əhali nisbətində azalır. 2000-ci ildə əhalinin 37 faizi uşaqlardan ibarət olubsa, 2015-ci ildə bu rəqəm 26.7, hazırda isə 26 faizə düşüb.

600 mindən çox uşaq…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Turan”a bildirilib ki, uşaqların müdafiəsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir, ölkədə 10-dan çox sosial təminat növü məhz uşaqların müdafiəsinə yönəlib: “Sağlamlıq imkanları məhdud 18 yaşadək olanlar, valideyn himayəsindən məhrumlar və ünvanlı dövlət sosial yardımı alan ailələrin 1 yaşadək uşaqları aylıq müavinətlə təmin olunurlar”. Qurum siyahini belə davam etdirir: “Şəhid ailələrinin, müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının, Çernobıl qəzası ilə əlaqədar I, II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqları…”.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilib ki, ümumilikdə, hazırda müvafiq kateqoriyalardan olan 600 mindən çox uşaq sosial təminat növləri olan ödənişlərlə təmin olunur: “Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət, Çernobıl əlillərinin dispanser qeydiyyatında olan uşaqlarına ildə bir dəfə müavinət də ödənilir”.

“Doğulandan uşaqların hüquqları təmin olunmur”

Qadın Təşəbbüs Qrupunun rəhbəri, yazar Zümrüd Yağmur isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda doğulandan uşaqların hüquqları təmin olunmur: “Doğulanda, məktəbə gedəndə, tibbi problemi ortaya çıxanda, bəzi hallarda onlara qarşı hər hansı cinayət törədildikdə belə, uşaqların hüquqları qorunmur”.

Onun fikrincə, ölkədə uşaqların sosial təminatı da yaxşı deyil: “”Uşaqpulu” deyilən müavinətin verilməsi ilə bağlı uzun müddətdir ki söz-söhbət gəzir. Azərbaycanda yalnız uşaq doğulanda 200 manat məbləğində pul verilir. Amma gəlin Azərbaycanda olan qiymətlərə və bu verilən vəsaitə baxaq. Bunları müqayisə edəndə dərhal görünür ki, uşaqlar doğulanda artıq onların hüququnun pozulması prosesi başlayır”.

“Məktəbə gədən uşaqlar üçün…”

Z.Yağmurun sözlərinə görə, əksinə, valideyn uşaq doğulan kimi pul ödəməyə başlayır. O qeyd edib ki, Azərbaycanda uşaqların tibbi sığortası da reallıqda yetərli deyil: “Gündə sosial şəbəkələrdə hər hansı xəstəlikdən əziyyət çəkən uşaqlarla bağlı paylaşımlara rast gəlirik. İxtioz xəstəliyi (dəri xəstəliyi) var ki, ondan əziyyət çəkən uşaqlar üçün Azərbaycanda nə mərkəz var, nə də dövlət qayğısı. Məsələ ilə bağlı vətəndaşların maarifləndirilməsi aparılmır. İxtioz xəstəsi olan uşaqlar hətta ictimai nəqliyyatdan endirilir, halbuki bu xəstəlik keçici deyil”.

Onun fikrincə, məktəbə gədən uşaqlar üçün həvəsləndirici və yardım paketləri də mövcud deyil.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button